Arxiv
18 Yanvar 2021, 13:00 | MÜSAHİBƏ
“İnsanlığa qarşı vəhşilik edənlərdən təbiətə, heyvanlara nə mərhəmət gözləyəsən...” - MÜSAHİBƏ

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Sadiq müəllim, Azərbaycan ordusu və Ali Baş Komandanın səyi nəticəsində Qarabağ işğaldan azad edildi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ermənilərin Qarabağda törətdikləri vandalizm bir daha gündəmə gəldi. Heç faşistlər təbiətə qarşı belə etməmişdilər. Erməni vəhşiliyini necə xarakterizə edərdiniz? 


- 100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam edir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ ərazisi və ətraf yeddi rayon 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin tapdağı altında olub.  
Bu millət haqqında onu deyə bilərəm ki, onların tarix boyu yaşam trayektoriyasına baxdıqda, görərik ki, hansı toplumun içərisində yaşamağından asılı olmayaraq, bütövlükdə insanlığa qarşı uzun bir yol keçmişlər. Ermənilər haqqında danışanda bir neçə məqam var ki, heç vaxt yadımdan çıxmır. Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloq, yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək, dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

İkincisi, Ermənistanın keçmiş prezidenti, Xocalıda törədilən qətliamların fəal iştirakçısı Serj Sərkisyan britaniyalı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını etirafıni belə edir: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.”

Bu vəhşilər törətdikləri cinayətlərlə fəxr etdiklərini açıq söyləyir və özləri ilə qürur duyurlar. Bu cür düşüncəyə sahib olan insanlardan təbiətə, heyvanlara mərhəmət gözləmək sadəlövlük olar. Bir sözlə, onlardan hər şey gözləmək olar. Onlarda insan sevgisi yoxdur. Onların məqsədi insanlığa aid nə varsa, hamısını məhv etməkdir. Ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər yerə-göyə sığmır. İşğaldan azad edilmiş ərazilərə səfər edən ölkə başçımızın göstərdiyi o yerlərdə ermənilər daşı daş üstünə qoymayıblar. Flora və faunanı məhv etmələri vəhşiliyin bariz nümunəsidir.


- Dünyada ekologiya ilə bağlı qurumlar var. Milli Məclisin komitə sədri olaraq, erməni vəhşiliyi barədə beynəlxalq ekoloji qurumlara yazılı müraciət etmisinizmi?
 
 

- Ermənilər Kəlbəcərdən çıxarkən ev heyvanlarını belə yandırıb gedirdilər. Ermənilərin Kəlbəcər, Laçın, Ağdamı tərk etməsi dünyanın gözü qarşısında baş verirdi, bəzi hallarda canlı yayım açılırdı. Dünya mediası hər detalı lentə alırdı. Dünyanın ən ucqar yerində yaşayan insanlar internet üzərindən ermənilərin vəhşiliyini foto və videolardan izləyə bilirdilər. 
Ev heyvanlarını öldürüb içalatını ərazilərə dağıtmalarını, evləri yandırmalarını,  ağacları məhv etmələrini dünya mediası işıqlandırdı. Bunlar vəhşiliyin əyani sübutudur. Məndə olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq səviyyədə, həm oktyabr, həm də noyabr aylarında dünyanın müvafiq təşkilatlarına iki dəfə müraciət ünvanlayıb. Biz də parlament olaraq dostluq qrupları vasitəsi ilə məlumatlandırma işləri aparmışıq. Milli məclis rəhbərliyi tərəfindən isə dünya parlamentlərinə dəfələrlə müraciət olunub. Bu gün ətraf mühitə dəymiş ziyanla bağlı nazirlik dəqiqləşdirmə aparır ki, orada nə qədər fauna və flora məhv olub. Proses hələ davam edir. Dəqiqləşmə tam olandan sonra Milli Məclisin profil komitəsi olaraq dünya parlamentinə də müraciət ediləcək. Artıq bununla bağlı mətn lahiyəsi də hazırdır.


- Bayaqdan erməni vəhşilyindən danışırıq. İşğaldan əvvəl Qarabağın heyvanat aləmi vardı. Hazırda o heyvanat aləmi nə vəziyyətdədir?

- Qarabağ bölgəsində 300-ə qədər quş növü, 100-dən çox isə məməli, sürünən, suda-quruda yaşayan fauna növünə rast gəlinir, onlardan 60-dan çoxu dünyanın və Azərbaycan Respublikasının “Qırmızı kitab”larına salınmış nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərdir. Bu növlərdən Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş məməlilərdən Cənub nalburnu, böyükdodaq-enliqulaq, adi uzunqanad, Bezoar keçisi, Ön Asiya bəbiri, quşlardan böyük qırğı, məzar qartalı, berkut qartal, ilanyeyən, ütəlgi qızılquş, Xəzər uları, arı turac, adi bəzgək, balıqlardan qızılxallı, amfibiya və reptililərdən Aralıq dənizi tısbağası, xarabalıq kələzi, qızıl mabuya, həşəratlardan Dağıstan zolaqlı arısı, Alp rozaliyası, Qafqaz ilbizyeyən fışqırdanı, qəşəng böcək, kəpənəklərdən apallon, şəfəqsaçan, Qafqaz sarıcası, Kəlləşəkilli haf  kimi növlər  nəslinin  kəsilməsi təhlükəsi ilə üz-üzədir.

Eyni zamanda,  məlumat verim ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Şuşa yaxınlığında Topxana meşəsi vardı. Maraqlıdır ki, Qarabağ münaqişəsi ekologiya ilə - yəni Topxana meşəsindən başladı. Bu günə qədərki vəziyyət isə sizə aydındır. 
Məlumat olaraq bildirim ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 43 min hektar sahəsi olan (Bəsitçay dövlət təbiət qoruğu - 107 ha, Qaragöl dövlət təbiət qoruğu - 240 ha, Qubadlı dövlət təbiət yasaqlığı- 20000 ha, Daşaltı dövlət təbiət yasaqlığı - 450 ha, Arazboyu dövlət təbiət yasaqlığı - 2200 ha və Laçın dövlət təbiət yasaqlığı - 20000 ha) xüsusi mühafizə olunan təbiət ərazilərində “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 70-dən çox flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilmişdir.  Bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir. Yüzlərlə növ ağac və kol bitkisi (Ayı fındığı, Araz palıdı, Yalanqoz, Şərq çinarı, Hirkan şümşadı, Eldar şamı, Söyüdyarpaq armudu, Qafqaz xədicəgülü, Qarabağ dağ laləsi, Şmidt dağ laləsi və s.) işğal müddətində məhv edilərək, dünya florasının xəzinəsindən silinmək təhlükəsi qarşısında qalmışdır. Qarabağ ərazisində 2000-dən çox adli bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 127 fauna növü və 72 flora növü nadir və nəsli kəsilmək təhlükəsi altında olmaqla, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısına və “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmışdır. Təbiət abidəsi statusuna malik 152 sayda ağac (Şərq çinarı, palıd, azat, armud), 8 xüsusi qiymətli meşə sahəsi (Şərq çinarı, Püstə, Ayı fındığı, Ardıc, Azat, Araz palıdı, Çaytikanı, Pirkal), 6 ədəd geoloji-palentoloji obyekt (“Azıx”, “Tağlar”, “Xan”, “Qaxal” və "Divlər sarayı” mağarası, “Bazaltın sütunvari aralanması”) yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət sərvətləri uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalmışdır. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılmışdır. Ermənilər o ağacları kəsiblər. Onlar yoxdur. Ermənistan iqtisadiyyatına nəzər salsaq görərik ki, son illərdə mebel istehsalı artıb. Bu da Azərbaycanda məhv etdikləri ağacların hesabına əldə olunub. Bunlara təəssüf edirəm.  


- Sizcə işğaldan azad edilmiş bölgələrin ekologiyası ilə bağlı qanun layihəsinə ehtiyac varmı? Ehtiyac olacağı təqdirdə qanunda nələr olmalıdır?
 


- Maraqlı sualdır. Azərbaycanda ekologiyaya olan münasibət qanunlarımızda öz əksini tapıb. Dövlətin ekologiyaya həmişə xüsusi münasibəti olub. Parlamentdə indiyə qədər qəbul olunmuş qanunlar adekvat olaraq görüləcək işlərə yetərlidir. Sadəcə olaraq mexanizmlərin təkmilləşdirilməsinə xüsusi ehtiyac var. İşğaldan azad edilmiş ərazilərin ağac və kol bitkilərinə ziyan vurublar. Ərazilərimiz çirkləndirilib. Metsamor Atom Elektrik stansiyalarının tullantılarının ərazilərimizdə basdırılması məsələsi var. Yeni texnologiyalar sayəsində həmin ərazilərdə bərpa işlərinə başlamaq lazım gələcək. Proses zamanı ortalığa qanunların təkminləşdirilməsi məsələsi  çıxarsa, parlament olaraq buna adekvat münasibət göstərəcəyik.


- Bayaq qeyd etdiniz ki, işğaldan azad edilmiş ərazilərin məhv edilməsi və dəymiş ziyanla ilə bağlı beynəlxalq təşkilatlara müraciət olub. Beynəlxalq ekoloqları, mütəxəssisləri Qarabağa dəvət edib baş verənlərlə yerində tanış etməyi düşünürsünüzmü?
 

- Təbii ki düşünürük. Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı ölkəmizə dəymiş ziyanla bağlı qəti fikrini deyib. O qeyd etdi ki, dəymiş ziyanı, eyni zamanda itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz Qarabağdakı müəssisələrdən hansı gəliri götürə bilərdik. Meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb, eyni zamanda, örüş sahələri, otlaq sahələri... Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirək. Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan dəqiqləşdirilməli və bizə qaytarılmalıdır.

Qızıl, civə, mis dəmir yataqlarımızı istismar edərək maddi qazanc əldə ediblər. Hətta beynəlxalq şirkətlər də bu prosesdə iştirak edib. Onlar əldə etdikləri qazancı Azərbaycana qaytarmalıdır. Əks halda, bu məsələlər beynəlxalq məhkəmələrə çıxarılacaq və biz öz hüquqlarımızı tələb edəcəyik. Sualınıza birbaşa cavab olaraq isə deyim ki, qanunverici orqan olaraq ərazilər minalardan təmizlənəndən sonra parlamentlərarası işçi qruplarının oralara səfərini təşkil edəcəyik. Qoy erməni vandalizmini təkcə fotolarla, videolarla deyil, həm də öz gözləri ilə görsünlər.  

- Zaman-zaman Metsamor AES-in Azərbaycan ərazilərində basdırılması ilə bağlı fikirlər səsləndirilib. Bu da Azərbaycan üçün yaxşı hal deyil. Sizcə hazırda vəziyyət nə yerdədir? 

- Metsamor AES çox ciddi məsələdir. Region üçün böyük təhlükədir. Təəssüf ki, Metsamor bu gün fəaliyyətini davam etdirir. Türkiyə sərhədindən cəmi 16 km məsafədədir. Türkiyənin İğdır bölgəsindən 28 km aralıda yerləşir. Bizimlə Metsamor arasında 120 km məsafə var. İranla 60 km, Gürcüstanla 110 km məsafədədir. Bu gün Dağlıq Qarabağı yenidən cənnətə çevirmək fikrindəyik. Qarabağa qoyulan investisiyalar onun inkişafına, dünyaya inteqrasiyasına səbəb olacaq. Ancaq Metsamorun fəaliyyəti təhlükə olduğundan Qafqaz və yaxın regionların inkişafına əngəl ola bilər. 
Məlimat üçün deyim ki, Metsamorun birinci bloku 1976-cı ildə, ikinci bloku 1983-cü ildə istismara verilib. Hətta həvəslənib 3 və 4-cü bloku da yaratmaq istəyirdilər. Lakin həmin ərazidə güclü zəlzələ olduğundan 25 minə yaxın insan itkisi oldu. Ardınca Çernobıl hadisəsi baş verdi. Ona görə də 3 və 4-cü bloku saxladılar. Bu gün istifadə olunan reaktorlar birinci nəsil köhnəlmiş reaktorlardır. Digər tərəfdən,  onun yeri seysmik zonadadır. Birinci nəsil tikilmiş AES-ləri nəzərə alsaq ki, 8 bal gücünə hesablanıb. 9 bal gücündə zəlzələ baş versə nə olar?! Üstəgəl bu reaktorlar köhnəlib. Köhnəlmə də əlavə problem yaradır. Ermənistan hökuməti 2014-cü ildə Metsamorun istismarını 2026-cı ilə kimi uzatdı. Qonşu dövlətdən istifadə üçün  270 milyon dollar pul alıb. Enerjiyə olan tələbatı ödəmək üçün əlavə 30 milyon qrant alıb. Bütün bunlar onu göstərir ki, orada hələ də təhlükə var. Məsələnin birinci tərəfi seysmik zonada yerləşməsi və köhnəlməsi ilə bağlıdır.  

İkinci məsələ fəaliyyət göstərdiyi yerdə tullantıların olması ilə bağlıdır. Ermənistan iqtisadiyyatı imkan verə bilməzdi ki, o tullantıların zərərsizləşdirilməsi ilə məşğul olsun. Tullantılar  işğaldan azad edilmiş ərazilərimizdə basdırılıb. Güman ki, bu məsələlər mütləq araşdırılmalıdır. Harada basdırılması üzə çıxmalıdır. Bu da ermənilərin hesabına həyata keçirilməlidir . Ümumiyyətlə, bərk halda olan tullantılar basdırılıb, maye halında olanlar çaylarımıza axıdılıb.  

 

-Sadiq müəllim, işğaldan azad olmuş ərazilərdə elektrik stansiyalarının vıziyyəti nə yerdədir?

- 30 ilə yaxın müddətdə bizim elektrik stansiyalarımızın istismar müddət başa çatıb. Ermənilər onları vəhşicəsinə istismar ediblər. Orada yeni heç nə yaratmayıblar. Olanları dağıdıblar. Bu gün Energetika Nazirliyi və “Azərenerji” ASC bu işlə çox ciddi məşğul olur. 

İlkin olaraq “Azərenerji” ASC işğaldan azad edilən bütün ərazilərdə monitorinq aparıb və layihələr hazırlayıb. Monitorinqlər nəticəsində məlum olub ki, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının ərazisində bütün energetika strukturları tamamilə dağıdılıb. Kəlbəcər, Laçın və digər rayonlarda isə vaxtı ilə mövcud olan 20-dən artıq kiçik su elektrik stansiyasının yararlı avadanlıqlarını söküb aparıblar, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb. Bundan başqa, birinci Qarabağ müharibəsində işğal edilmiş rayonlarda 1 ədəd 330kV-luq, 20 ədəd 110 kV-luq, 41 ədəd 35 kV-luq yarımstansiya və 15 000 km-dən çox məsafədə elektrik xətti olub ki, erməni qəsbkarları onları da dağıdıblar.  


- Ancaq bütün bunlara baxmayaraq “Azərenerji” tərəfindən “Qarabağ enerji layihəsi” və bunun əsasında 2 hissədən ibarət startegiya hazırlanıb. 
 


- Birinci hissədə işğaldan azad edilən ərazilərdə tamamilə dağıdılmış elektrik enerji sisteminin yaradılması və respublika enerjisi steminə inteqrasiyası; 

İkinci hissədə Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün su, külək, günəş elektrik stansiyalarının bərpası və yenilərinin tikilməsi nəzərdə tutulur:

Artıq birinci mərhləyə uyğun olaraq kompleks işlərə başlanılıb. Belə ki, işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidən qurulmaqla yanaşı, enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi “İmişli” yarımstansiyasından “Şükürbəyli" yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt quraşdırılır. İşlərin 30 faizi artıq həyata keçirilib. Eyni zamanda paralel olaraq Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli 2 dövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətti çəkilir.

Bundan başqa, Şuşa şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya tikilir.Təəssüf ki, Sərsəng su anbarı hələ ki bizim nəzarətimizdə deyil. Bu su anbarı gələcəkdə təbii fəlakətə səbəb olacaq vəziyyətdədir. Güman ki bununla bağlı işlər görüləcək. Eyni zamanda, alternativ enerji mənbələri olan külək, su enerjisindən maksimum dərəcədə istifadə edəcəyik. Çünki həmin ərazilərdə potensial var. Dövlətimizin siyasi əzmi nəticəsində biz bu işləri görəcəyik. Bu potensialdan təkcə Dağlıq Qarabağ üçün deyil, gələcəkdə ixrac üçün də istifadə edə bilərik.  


- Bu gün dünyanı narahat edən əsas məsələlərdən biri su qıtlığının yaranmasıdır. İşğaldan azad edilmiş ərazilər içməli suya görə Azərbaycanda ön yerlərdə dayanır. Bu sahədə hansı işlər görülə bilər? Bəzi bölgələrimiz var ki zaman-zaman su qıtlığından əziyyət çəkib. O baxımdan azad edilmiş bölgələrimiz hansı rolu oynaya bilər?
 


- Çox doğru deyirsiniz ki, Azərbaycanın digər bölgələri var ki, susuzluqdan əziyyət çəkir. Son illərdə bu hal müşahidə olunmaqdadır. Azərbaycanda ümumi həcmi 631 milyon funt olan 10 su anbarı, o cümlədən Tərtər çayı üzərində inşa edilmiş su tutumu 560 milyon kub olan 100 min hektardan artıq əkin sahələrinin suvarılmasına hesablanmış Sərsəng su anbarı var. Lakin Sərsəng su anbarından istifadə edə bilmirik.
Bundan sonra Azərbaycanda su qıtlığından danışılmayacaq. Sudan danışanda ancaq içməli suya toxunmamalıyıq. Çünki ərazilərimizin suvarılması məsələsi də var. İşğaldan azad olunmuş zonada 125,8 min hektar suvarılan  torpaq sahələri var. Bunun 25,3 min hektarı Yuxarı Qarabağın, 49,6 min hektarı Ağdamın, 26,1 hektarı Füzuli, 12,5 min hektar Cəbrayıl, 5,3 min hektar Zəngilan, 5,3 min hektarı Qubadlı rayonunun inzibati ərazisinə daxildi. Söhbət ondan gedir ki, vaxtı ilə bu ərazilərdə 22 suvarma sistemi olub, 16 ədəd baş qurğu, 6426 km uzunluğunda suvarma şəbəkəsi, 330 km uzunluğunda kollektor drenaj şəbəkəsi, 1429 subartezian qurğusu, 1800 texniki qurğu, 56 nasos stansiyası fəaliyyət göstərirdi. İndi onlar məhv olub. Amma deyim ki, ehtiyat su mənbələri yalnız işğaldan azad edilmiş ərazilərin deyil, Azərbaycanın digər bölgələrinin suvarılmasında böyük rolu olacaq. Təəssüf ki, Sərsəng su anbarı təhlükə mənbəyi olaraq qalır.   

 

- Zaman-zaman şahidi olmuşuq ki, parlamentin hansısa komitəsi onun profilinə uyğun olan qurumlarla işləyərkən fikrilər heç də üst-üstə düşmür. Müəyyən problemlər ortaya çıxırdı. Bu gün hansı şəkildə işləyirsiniz? 

 

- Altıncı çağırış parlamentin deputatları qarşısında cənab Prezident çıxış edərkən qoyduğu vəzifələrdən biri də o idi ki, yeni tərkibdəki parlament əvvəlkilərdən fərqli olaraq üslubunda dəyişiklik etməlidir. Yalnız qanunu qəbul etməklə deyil, onun icra mexanizminə nəzarəti də həyata keçirtməlidir. Hesablama Palatası vasitəsilə qoyulan investisiyalara nəzarəti öyrənə bilirik. Amma işin tam tərkibinə getmək, orada hansı işləri görmək üçün komitə olaraq öhdəsindən gəlməyə çalışırıq. Yalnız sədri olduğum komitə barədə danışa bilərəm. Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji”, “Azərsu”, “Azəriqaz, “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə sıx əlaqədəyik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hansı işlər görülür və görüləcək kimi məsələləri tez-tez  adını çəkdiyim qurumlarla müzakirə edirik. Eyni zamanda, görülən işlərdə  əməkdaşlıq məsələlərini də müzakirə edirik.

 

- Milli Məclis illər öncə qanunverici orqan olmaqla yanaşı, həm də nəzarətedici orqan idi. Amma bu gün o səlahiyyət deputatlarda yoxdur. 2021-ci ilin yaz sessiyası başlayır. Sizin komitənin “İşlər planı”na nələr daxildir? Yeni sənədlər hazırlanarkən cəmiyyətin, xüsusilə, ekspertlərin fikirləri nə dərəcədə yer alır? 

 

- Parlamentin 2020-cil payız sessiyasında komitə olaraq çox vacib məsələləri həll etdik. Məsələn, ətraf mühitin mühafizəsi haqqında, ətraf mühitin qorunması və ovçuluq haqqında, istehsalat və məişət tullantıları  haqqında, polietilen torbalardan istiadənin məhdudlaşdırılması haqqında vacib qanunlar qəbul etdik.

Polietilen torbalar yığışdırıldı. Birdəfəlik qabların sıradan çıxması kimi böyük bir məsələni gündəmə gətirdik. Həmin sellofanların yığışdırılması məsələsi 2021-c il 1 yanvardan qüvvəyə minib. Birdəfəlik qabların da yığışdırılması iyunun 1-dən həyata keçiriləcək. Bu, ümumi olaraq ekologiyamıza bir töhfədir. Təbii ki, qanun qəbul olunmazdan öncə cəmiyyətin fikirləri dinlənilir. Çünki hər hansı qanuna cəmiyyət riayət etməsə, o qanun işlək olmayacaq. Qanunlar mütləq formada cəmiyyətin istəyini əks etdirməlidir. Bəzən də bunu ekspertlər vasitəsilə cəmiyyətə təqdim edirik. Qanunların qəbulunda maarifləndirmə də əsasdır. Məsələn, biz plasmas qablarından istifadə edirik. Bu plasmas qablar isti ilə təmasda olanda xərçəng xəstəliyinə yol açır. Ancaq biz bunun fərqində də deyilik. Bundan orta statistik azərbaycanlınını məlumatı olmaya da bilər. Məlumat ekspertlər və media nümayəndələri vasitəsilə cəmiyyətə ötürüləndə hər kəs qanunun mexanizmini anlayacaq. 
2021-ci ildə də bu işləri davam etdirməyi nəzərdə tuturuq. Digər məsələ kimi deputatların nəzarətedici funksiyanı itirdiyini qeyd etdiniz. Parlament özünün Hesablama Palatası vasitəsi ilə nəzarəti həyata keçirir və bu qurum Milli Məclis qarşısında hesabat verir. Düşünürəm ki, bu nəzarəti bütün vətəndaşlar, vətındaş cəmiyyəti də etməlidir. Bunu siz də etməlisiniz. Hesab edirəm ki, cəmiyyət olaraq biz baş verənləri çatdırmalı, çatışmazlıqları aradan qaldırmalıyıq.  


- İşlər planında konkret nələr var?
 


- Bir neçə qanun layihələri olacaq. Bu barədə məlumat hazır olanda biləcəksiniz.  


- Bir sual da maraqlıdır: komitə sədri olaraq bu gün ekologiya ilə bağlı Azərbaycanda ən böyük problemi nədə görürsüz?
 


- Ekologiya sahəsində problemlər çoxdur.

- Su ehtiyatlarının çirkləndirilməsi; 

-Sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi;

- Kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması;

- Tullantıların tələb olunan səviyyədə idarə olunmaması.

Təbii su hövzəsi olan Xəzər dənizinə bütün mənbələrdən ildə təxminən 12 mlrd. kub.m çirklənmiş su axıdılır ki, bunun da 80 faizi Rusiyanın payına düşür. Azərbaycan ərazisindən isə dənizə hər il 250 mln. kub.m-dən artıq çirkli su axıdılır. Nəticədə Bakı buxtasında 60 mln. kub.m-dən çox çirkləndirici maddələr toplanıb. Kürün suyunun 74%-i isə Gürcüstan və Ermənistan ərazilərində formalaşır və həddən artıq çirklənməyə məruz qalır. Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə Ermənistandan (Arazla) ildə orta hesabla 300 mln.kub. m, Gürcüstandan 265 mln.kub. m, Azərbaycandan isə 25 mln.kub. m çirklənmiş su axıdılır və nəticədə Kür çayı suyunun mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir.


- Torpaqlarımız işğaldan azad edilib. Həmin ərazilərdə meşə örtüyü nə vəziyyətdədir? Səhralaşma varmı?
 


- Qətiyyən qorxmağa ehtiyac yoxdur. Əsas odur ki, torpaqların sahibi olaraq meşə örtüyünü artıracağıq. 44 günlük müharibədən dərhal sonra Azərbaycan ordusu həmin ərazilərdə ağac əkib. Bu da Azərbaycanın öz torpaqlarına olan münasibətidir və tezliklə yeni texnologoiyaların tətbiqi ilə gözəl nəticələr əldə edəcəyik. 

- Bir neçə il bundan qabaq belə bir hal baş vermişdi: Tərtərdə yaşlı çinar ağaclarını çıxarıb yerinə palıd əkirdilər. Bizdə ağacəkmə kampaniyası bu cür yadda qalmışdı. Hazırda vəziyyət necədir? 

- Burada bəzi məqamlar var. Elə yerlər var ki sürüşmə zonasıdır və o zonalarda ağac əkməklə ancaq sürüşmənin qabağını almaq mümkündür. Ancaq təbii meşələrlə bağlı məsələ fərqlidir. Meşələrin özünün inkişaf etməsi üçün şərait yaratmaq lazımdır. Bunun üçün qırılmasının qarşısı alınmalıdır. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə kameralar quraşdırılıb. Bunun üçün Azərbaycanda hər bir kənd qazlaşdırılmalıdır ki, sabah insanlar gedib ağacları məhv etməsinlər. Artıq bu problemlər də aradan qaldırılır...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” liderliyini qorudu 28 Fevral 2021, 01:00 Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL 28 Fevral 2021, 00:58 Ukraynalı hərbi müxbir Ağdamı Xirosimaya bənzətdi 28 Fevral 2021, 00:55 Dağıstanda polislərlə silahlı şəxslər arasında atışma - VİDEO 28 Fevral 2021, 00:44 Paşinyan tərəfdarlarını mitinqə çağırdı 28 Fevral 2021, 00:29 1 nəfər virusa yoluxdu, 7 günlük karantin elan etdi - Baş nazirdən qərar 28 Fevral 2021, 00:25 Ermənilərin Sumqayıtda törətdikləri təxribatdan 33 il keçir   28 Fevral 2021, 00:11 Ermənistanın polis rəisi istefa verib? 27 Fevral 2021, 23:59 İlham Əliyev ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə açıqladı 27 Fevral 2021, 23:51 Türkiyədə daha 71 nəfər virusdan öldü 27 Fevral 2021, 23:34 İki güləşçimiz Kiyevdə bürünc medal qazandı 27 Fevral 2021, 23:20 Sevgilisi başqası ilə nişanlanan gənc intihar etdi 27 Fevral 2021, 23:07 18 yaşlı tələbə özünü asdı 27 Fevral 2021, 22:55 Komitə sədri şəhid qardaşların anası ilə görüşdü - FOTO 27 Fevral 2021, 22:42 Ermənistan Müdafiə Nazirliyindən orduya çağırış 27 Fevral 2021, 22:28 İŞİD Suriyada qaz kəmərini partlatdı 27 Fevral 2021, 22:14 Daha bir məktəb koronavirusa görə bağlandı 27 Fevral 2021, 22:01 Bakıda mənzildən meyit tapıldı 27 Fevral 2021, 21:56 Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu 27 Fevral 2021, 21:45 “Barselona”dan vacib qələbə 27 Fevral 2021, 21:37 Haaqada Xocalı abidəsi ucaldıldı - FOTO 27 Fevral 2021, 21:24 Ermənistanda bütün hərbçilər Paşinyanın istefasını tələb edir - Müxalifətdən açıqlama 27 Fevral 2021, 21:10 Tailandda Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2021, 20:58 İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı 27 Fevral 2021, 20:46 Paşinyan Baş Qərargah rəisinin istefası təklifini yenə prezidentə göndərəcək 27 Fevral 2021, 20:37 İngiltərədə "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb - FOTO 27 Fevral 2021, 20:25 Rəsmi Bakıdan Ermənistan hərbçilərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə REAKSİYA 27 Fevral 2021, 20:16 Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi 27 Fevral 2021, 20:05 Ermənilər Laçın dəhlizi boyu ağacları kəsir - FOTOLAR 27 Fevral 2021, 19:42 Füzulidə yeni yarımstansiya tikilir - FOTOLAR 27 Fevral 2021, 18:45 Diaspor fəalları Avropada "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar 27 Fevral 2021, 18:19 Ermənistan prezidenti Baş Qərargah rəisinin istefası barədə qərarı İMZALAMADI 27 Fevral 2021, 18:02 Saatlıda 65 yaşlı qadın dəm qazından boğulub 27 Fevral 2021, 17:50 AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlıq edəcək 27 Fevral 2021, 17:36 “Bakıya 12 saat yağan qar fövqəladə vəziyyət idi” – Eldar Əzizov 27 Fevral 2021, 17:17