Modern.az

Deputat Azərbaycan - Pakistan münasibətlərini şərh etdi

Deputat Azərbaycan - Pakistan münasibətlərini şərh etdi

Aktual

19 Yanvar 2021, 14:38

Bir neçə gün bundan qabaq Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçirilib.

 

 Üçtərəfli görüşün nəticəsində  İslamabad bəyannaməsi qəbul olunub.

 

Sənədə əsasən nazirlər Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına, eyni zamanda, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər. 

 

Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında Pakistanla Azərbaycan arasında olan mövcud əlaqələrə toxunub:

 

“Uzun illərdir ki, iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq var idi. Müharibə dövründə də Pakistan Azərbaycana öz dəstəyini göstərdi”.

 

Ceyhun Məmmədov iki ölkənin parlament əlaqələrinə də toxunub:

 

“Azərbaycan və Pakistan arasında parlamentlərarası İşçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hətta bir neçə dəfə onlayn formada görüşlər keçirərək pakistanlı həmkarlarımız, Pakistan parlament nümayəndələri ilə iki ölkənin parlament əlaqələrindən və gələcəkdə görüləcək işlərdən danışmışıq. Həmçinin, Pakistanın Azərbaycandakı səfiri ilə parlamentdə bir araya gələrək müəyyən məsələləri müzakirə etmişik. Yaxın vaxtlarda iki ölkə arasında əlaqələr daha  yüksək formada inkişaf edəcək. Bu əlaqələr növbəti mərhələdə daha da yaxşılaşacaq. Pakistanlılar sosial şəbəkələrdə də aktivdirlər. Azərbaycanı davamlı şəkildə dəstəkləyirlər. Bizim onlarla müzakirələrimiz davam edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı