Modern.az

Qarabağ torpaqlarının istehsalata yararlılığı araşdırılacaq

Qarabağ torpaqlarının istehsalata yararlılığı araşdırılacaq

21 Yanvar 2021, 14:00

Qarabağda müxtəlif istiqamətdə tədqiqat işləri aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə AMEA-nın akademik katibi Adil Qəribov məlumat verib.

 

O bildirib ki, bu istiqamətdə artıq fəaliyyət planı hazırlanıb:

 

“Müharibədən qabaqkı dövrlə müqayisəli təhlillər aparılacaq. Bütün xüsusiyyətlər qiymətləndiriləcək. Hazırlanan plan 2021-2025-ci illəri əhatə edəcək. Bundan başqa həmin ərazilərin istehsalata yararlılığını yoxlamaq məqsədilə – torpaq örtüyü, onun xüsusiyyətləri tədqiq ediləcək. Ərazilərdə kənd təsərrüfatı və digər istehsalat sahələrinin optimal yerləşdirilməsi sxemi işlənəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir