Modern.az

Qusarda Covid-19 vaksinin vurulmasına start verildi - FOTO

Qusarda Covid-19 vaksinin vurulmasına start verildi - FOTO

Aktual

21 Yanvar 2021, 14:18

Bu gündən ölkənin şumalında - Qusarda da Covid-19 virusuna qarşı vaksin vurulmasi işlərinə start verilib.

 

Modern.az xəbər verir ki, Tİbbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Qusar rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin Baş Direktoru Mübariz Zeynalov rayon üzrə ilk olaraq peyvəndi özü vurdurub və vəziyyəti stabildir.

 

Tibb ocağından aldığımız məlumata görə,ilk olaraq yüksək risq qrupuna daxil olan həkim işçiləri və tibb işçiləri koronavirusa qarşı vaksin vurdururlar.Proses bu gün səhər saatlarından başlayıb.

 

Peyvəndləmə aparılan həkimlər özlərini normal hiss edirlər,səhhətlərində heç bir problem yoxdur.

 

Məlumata görə,vaksin vurulan tibb işçiləri lazımı vaxtadək nəzarətdə saxlanılacaq.

 

Tibb ocağı peyvəndləmə üçün lazım olan vaksin və lazımi preparatlarla təmin edilib.Gün ərzində nə qədər həkimin peyvənd olunması günün sonunda hazırlanacaq hesabatda məlum olacaq.

 

Aytəkin Alxaslı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?