Modern.az

Şəhidlərin ailələrinə əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək

Şəhidlərin ailələrinə əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək

21 Yanvar 2021, 14:24

Şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək.

 

Modern.az xəbər verir ki, bu sosial iş yerlərində mümkün olacaq.

 

Məsələ “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsində öz əksini tapıb.

 

Mövcud olan hazırki qanuna görə, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Layihəyə əsasən, sosial iş yerlərinin təşkili zamanı şəhid ailəsi üzvlərinə də üstünlük veriləcək.

 

Qeyd edək ki, “Məşğulluq haqqında” qanuna əsasən, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir