Modern.az

“YAŞAT” Fondu şəhid ailələri və qaziləri tibbi müayinələrdən keçirib - FOTO

“YAŞAT” Fondu şəhid ailələri və qaziləri tibbi müayinələrdən keçirib - FOTO

21 Yanvar 2021, 15:16

“YAŞAT” Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.

 

“ASAN xidmət”dən Modern.az-a verilən məlumata görə, Fond tərəfindən Bakı və Gəncə şəhərində müvafiq kateqoriyadan olan növbəti şəxslərin tibbi müayinələrdən keçirilməsi və əməliyyatı təmin edilib.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi