Modern.az

Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb

Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb

Aktual

21 Yanvar 2021, 15:40

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Kamran Əliyevin rəhbərliyilə qısa müddət ərzində prokurorluqda, eləcə də hərbi prokurorluqda struktur və kadr islahatları həyata keçirilib.


Hərbi prokuror qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!