Modern.az

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı

Aktual

21 Yanvar 2021, 20:47

Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin dünənki açıqlamasında bildirilir.

 

Belə ki, səfirliyin hazırda silinmiş 8 yanvar tarixli paylaşımında “China Daily”də xəbər verilən bir araşdırmadan bəhs olunur. Bildirilir ki, hökumətin siyasəti nəticəsində uyğur qadınlar "körpə istehsalı maşını” olmaqdan qurtulublar.

“Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin əhalisində baş verən dəyişkənliyi göstərən tədqiqat əhalinin ümumi keyfiyyətinin təkmilləşməsi ilə əhatə olunur”, - səfirlik tərəfindən tvitterdə qeyd olunub.

 

Qeyd edək ki, “Facebook” və “Google” ilə yanaşı, “Twitter” də Çində bağlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub