Modern.az

İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib

İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib

Aktual

21 Yanvar 2021, 20:58

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə bu günədək təxminən 9,1 milyard kubmetr qaz nəql edilib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

 

O bildirib ki, 2020-ci il ərzində TANAP vasitəsilə 4,9 milyard kubmetr qaz tədarük edilib.

 

Nazir əlavə edib ki, ötən il Türkiyənin qaz idxalının 24 faizi Azərbaycanın payına düşüb.

Bundan başqa, F.Dönmez bildirib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər tam sürətlə davam edir:

 

"Bizim məqsədimiz Naxçıvanı təbii qazla təhlükəsiz və fasiləsiz şəkildə təmin etməkdir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi