Modern.az

Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO

Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO

Hadisə

21 Yanvar 2021, 21:02

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

 

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı