Modern.az

Goranboyda iki maşın toqquşdu - yaralananlar var

Goranboyda iki maşın toqquşdu - yaralananlar var

21 Yanvar 2021, 21:43

Goranboyda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Goran-Qızılhacılı avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 21011" markalı maşınlar toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan 3 yaralı xəstəxanaya yerləşdirilib.

Onlar 2002-ci il təvəllüdlü Tovuz rayon sakini Əhmədov Elçin Çingiz oğlu, 1998-ci il təvəllüdlü Kürdəmir rayon sakini Qurbanov Həmid Natiq oğlu və Tərtər rayon sakini Əsgərzadə Yadigar Zülfüqar oğludur.
 

İlkin məlumata görə, qəzada avtomobillərdən biri hərəkətsiz vəziyyətdə olub.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir