Modern.az

Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi

Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi

Aktual

22 Yanvar 2021, 00:32

Albaniya hakimiyyəti Rusiyanın bu ölkədəki diplomatını arzuolunmaz şəxs (persona non-qrata) elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Agency France-Presse” məlumat yayıb.

 

Albaniya hakimiyyətinin iddiasına görə, diplomat koronavirusla əlaqədar tətbiq edilmiş məhdudiyyətləri pozub.

 

"Aleksey Krivoşeev 72 saat ərzində ölkəni tərk etməlidir", - agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirib.

 

Bununla birlikdə nazirlikdə qeyd edilir ki, Rusiya Federasiyası ilə dostluq münasibətlərinin gücləndirilməsinə cəhd edirlər. Xarici İşlər Nazirliyində Rusiyanın “bütün dünya üçün ağır dövrdə qəbul edilmiş" bu qərara anlayışla yanaşacağına ümid ifadə ediblər.

Albaniyanın xarici siyasət idarəsi Rusiya diplomatının məhz hansı qaydaları pozduğunu açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır