Modern.az

Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq

Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq

Aktual

22 Yanvar 2021, 00:46

ABŞ Prezidenti Co Baydenin administrasiyası Strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqaviləni uzatmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” iki yüksək vəzifəli məmura istinadən yazıb.

 

Raket müqaviləsi daha beş il qüvvədə qalacaq. Eyni zamanda, Amerika Prezidenti Rusiya ilə münasibətlərdə "yeni yükləmələr" planlaşdırmır. Belə ki, yeni rəhbərlik onsuz da fəaliyyətinə dair kəşfiyyat qiymətləndirməsini gözləyərək, Rusiya üzərinə əlavə xərclər qoymağa hazırlaşır.

 

Baydenin SNV-3-ü genişləndirmək niyyətləri barədə dövlət katibi postuna namizəd Entoni Blinken yanvarın 20-də danışıb. O bildirib ki, Raket müqaviləsinin uzadılması ilə bağlı son tarix çox yaxındadır və Prezidentin komandası bu məsələ ilə o, dövlət başçısı postuna gələndən demək olar ki, dərhal sora qanunvericilərin yanında olacaq.

 

Xatırladaq ki, Strateji hücum silahlarının azaldılması üzrə müqavilə 2010-cu ildə Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Saziş 2011-ci ildə qüvvəyə minib, onun müddəti 2021-ci ilin fevralında başa çatır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir