Modern.az

Novruz Aslanov onlayn qəbul keçirib

Novruz Aslanov onlayn qəbul keçirib

22 Yanvar 2021, 08:26

 

Məlumat verdiyimiz kimi, deputat Novruz Aslanov seçiciləri ilə onlayn və ya telefon vasitəsilə əlaqə saxlayır. Yanvar ayının 21-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.

 

Modern.az xəbər verir ki, millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemləri barədə  məlumat veriblər. Müraciət edənlər qeydiyyata alınıb, bir neçə məsələ yerindəcə həllini tapıb, həlli zaman tələb edən məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib. Əhaliyə dəstək layihəsi çərçivəsində yerli sakinlərə ərzaq və qeyri-ərzaq məhsulları ilə yardımlar edilib.  

 

Məlumat üçün bildirək ki, hər həftənini IV günü millət vəkili İsmayıllı rayon seçiciləri ilə görüşmək məqsədilə münasib vaxtlarda rayona səfərlər edir və ya onlayn qəbullar keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?