Modern.az

Astarada nişan mərasimi keçirənlər cərimələndi

Astarada nişan mərasimi keçirənlər cərimələndi

Aktual

22 Yanvar 2021, 10:55

Astara rayonunda qızına nişan mərasimi təşkil edən ata cərimələnib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini K.Səfərovun karantin rejimi qaydalarını pozaraq evində qızına nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

 

Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub.

 

K.Səfərov da daxil olmaqla, 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir