Modern.az

Şəhid Rəşad Cavadov Qusarda dəfn olunacaq - FOTO

Şəhid Rəşad Cavadov Qusarda dəfn olunacaq - FOTO

Aktual

22 Yanvar 2021, 11:38

Azərbaycan Ordusunun Fizuli rayonunda minaya düşərək şəhid olmuş əsgəri, 20 yaşlı Rəşad Fərzəli oğlu Cavadov bu gün doğulduğu Qusar rayonunun Hil kəndində dəfn ediləcək.

 

Modern.az xəbər verir ki, Şəhidin cənazəsi axşamüstü Qusar rayonuna gətiriləcək və Hil kəndində dəfn mərasimi təşkil ediləcək.

 

2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağrılan Rəşad Cavadov ailənin 6 övladından biri, 4 qardaşı bir bacısı var idi.

 

Aytəkin Alxaslı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər