Modern.az

Universitetlər nə vaxt açılacaq? - Nazirdən açıqlama

Universitetlər nə vaxt açılacaq? - Nazirdən açıqlama

22 Yanvar 2021, 12:10

“Fevralın 1-dən sonrakı iki həftə ərazində təhsillə bağlı növbəti qərarlar veriləcək”.

 

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü siniflərdə, peşə təhsili müəssisələrində və ali məktəblərdə təhsilin qismən bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur:

 

"Bakı şəhərində metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərin açılması daha məqsəduyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”, - deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir