Modern.az

Şahbaz Quliyevin anası vəfat etdi

Şahbaz Quliyevin anası vəfat etdi

22 Yanvar 2021, 14:52

Bu yaxınlarda Ermənistanın girovluğundan azad edilən əslən kəlbəcərli Şahbaz Quliyevinm anası Sənəm Quliyeva bu gün vəfat edib. Bu barədə Modern.az-a keçmiş girovun dostları məlumat veriblər.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılıblar.

Allah rəhmət eləsin…

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?