Modern.az

Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                    

Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     

Dünya

22 Yanvar 2021, 16:30

Dövlət və hökumət başçıları postlarını tərk etdikdən sonra fərqli yollar seçirlər. Onların bəziləri siyasət meydanını tərk edərək özünü biznesə, yaradıcılığa, yaxud arzusunda olduqları hobbiyə həsr edir. Amma bəzi eks-liderlər siyasətlə məşğul olmağa davam edir və bu sahədə öz təcrüblərini bölüşürlər.

Modern.az saytı dünya ölkələrinin aparıcı liderlərinin istefadan sonra seçdikləri məşğuliyyət barədə məlumatları təqdim edir.

 

Bill Klinton – 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş siyasətçi mühazirəçi, kitab müəllifi və pullu konsultasiya ilə məşğul olur. ABŞ mediası 2001-2015-ci illərdə onun həyat yoldaşı Hillari Klintonla birlikdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak və mühazirə oxumaq qarşılığında 153 milyon dollar qazandığını bildirir. Onun təkcə bir tədbirdə çıxışı üçün 100 min - 300 min dollar arasında qonorar aldığı söylənilir.

 

Corc Buş – 2001-2009-cu illərdə ABŞ-a liderlik etmiş Corc Buş hazırda Texas ştatının Dallas şəhərində yaşayır. O, “prezident kitabxanası” və atasının adını daşıyan siyasi araşdırmalar institutunun əsasını qoyub. Periodik olaraq mühazirə oxuyan Buş həmçinin, natürmort və portret janrında rəsm əsərləri çəkir. Həmin əsərlərin qiyməti 50 min dollardan başlayır.

 

Barak Obama – 2009-2017-ci illərdə ABŞ prezidenti olub. Obama Çikaqo şəhərində “Obama fondu” yaradıb və dünyanın fərqli ali təhsil müəssisələrində geosiyasi durumla bağlı mühazirələr deyir. Memuarlar kitabı ona 65 milyon dollar qazandırıb. Bundan başqa, “Netflix” şirkəti ilə tok-şou və sənədli filmlərin çəkilişi sahəsində əməkdaşlıq edir.

 

Silvio Berluskoni – 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliyanın baş naziri olub. Hökumət rəhbəri kimi qalmaqallı açıqlamaları ilə yadda qalan və rezonans doğuran hadisələrlə üzləşən Berluskoni baş nazir postunu tərk etdikdən sonra bizneslə məşğuldur. Barəsində bir neçə cinayət işi açılan siyasətçi sonuncu dəfə Monakoda koronavirusa yolxuması ilə bağlı gündəmə gəlmişdi.

 

Nikola Sarkozi – 2007-2012-ci illərdə Fransa prezidenti olub. Sarkozi prezident postunu tərk etdikdən sonra Konstitusiya Şurasının ömürlük üzvü seçilib. Bundan başqa, eks-prezident kimi Fransa hökumətinin hər il ehtiyacları üçün 2,2 milyon avro xərclədiyi Sarkozi siyasi proseslərdə aktiv iştirak edir. O, 2014-cü ilin noyabrından müxalif “Xalq Hərəkarı Uğrunda İttifaq” partiyasının sədri seçilib. Partiya 2015-ci il mayın 30-dan “Respublikaçılar” adlanır.

 

Fransua Olland – 2012-2017-ci illərdə Fransa prezidenti olub. Olland son prezident seçkilərində rəqibi Emmanuel Makrona məğlub olduqdan sonra siyasətdən kənarlaşıb. O, 2018-ci ildə “Hakimiyyət dərsləri” xatirələr kitabını yazıb. Olland eks-prezident kimi ictimai tədbirlərə qatılır.

 

Gerhard Şröder – 1998-2005-ci illərdə Almaniya kansleri olub. Şröder kansler postunu tərk etdikdən sonra deputat kürsüsündən də imtina edib. 2006-cı ildən İsveçrənin “Ringier” konsernində işə başlayıb. Şröder Rusiya hakimiyyəti ilə sıx münasibətlər qurub. O, 2008-ci ildə Rusiya Elmlər Akademiyasının xarici üzvü, 2017-ci il sentyabrın 29-da “Rosneft” neft-qaz şirkətinin Direktorlar Şurasının sədri seçilib. Gerhard Şröder 2007-ci ilin sentyabrında Moskvada “Qərar. Mənim siyasətdəki həyatım” adlı xatirələr kitabı yazmışdı.

 

Toni Bler – 1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri olub. Hökumət rəhbəri postunu tərk etdikdən sonra Yaxın Şərq münaqişəsinin həlli üçün yaradılmış dördtərəfli qrupun xüsusi nümayəndəsi olub. 2008-ci ilin yanvarından JPMorgan Chase, LVMH və s. aparıcı maliyyə şirkətlərinin Direktorlar Şurasının üzvü olub, həmçinin, Darem, Yel və Sinqapur Universitetləri ilə əməkdaşlıq edib.
2017-ci ilin mayında Toni Bler Brexit fonunda yenidən böyük siyasətə qayıtdığını elan etmişdi.

 

Hu Szintao – Çin Xalq Respublikasının eks-sədri. Szintao 2003-cü il martın 15-dən 2013-cü il martın 14-nə qədər dövlətə başçılıq edib. 2013-cü ildə səlahiyyətləri başa çatdırdan sonra Szintao dövlət işlərindən tamamilə kənarlaşıb. Onun hazırda hansı fəaliyyətlə məşğul olması barədə ətraflı məlumat yoxdur.

 

Sintze Abe – 2006-2007, 2012-2020-ci illərdə Yaponiya baş naziri olub. Sintze Abe ölkə tarixində ən uzun müddət baş nazir postu daşımaqla tarixə düşüb. Amma nazir yaralı kolit xəstəliyindən sonra hökumət rəhbəri postunu icra etməkdə çətinlik çəkməyə başladı. 2020-ci il sentybarın 16-sı onun üçün baş nazir kimi sonuncu gün oldu. İstefa verdikdən sonra Sintze Abe sağlamlığının müalicəsi ilə məşğludur. Keçmiş hökumət başçısının uzunmüddətli müalicə kursu almasına görə, yaxın illərdə aktiv siyasətdən kənar qalacağı bildirilir.

                               

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər