Modern.az

Müsavat Partiyasından Sevinc Osmanqızının ittihamlarına CAVAB

Müsavat Partiyasından Sevinc Osmanqızının ittihamlarına CAVAB

Aktual

23 Yanvar 2021, 00:20

Jurnalist Sevinc Osmanqızı canlı yayımlarının birində Müsavat Partiyasının danışıqlara getdiyini eyham edərək növbəti parlament seçkilərində partiya başqanı Arif Hacılının mandat alacağını vurğulayıb.

 

Modern.az-ın məlumatına görə, bu fikirlərə münasibət bildirən Arif Hacılı isə Müsavat kimi bir partiyanın parlamentdə təmsil olunmamasının daha təəccüblü olduğunu söyləyib:

 

“Müsavat Partiyası danışıqlara getməyən yeganə partiyadır.

Müxtəlif dövrlərdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hakimiyyətlə partiya mənafeləri, şəxsi mənafeləri, şəxsi siyasi kariyeraları ilə əlaqədar danışıqlar aparıb, müəyyən nəticələr əldə ediblər.

Müsavat Partiyası isə heç vaxt belə əlaqələrdə olmayıb. Görünür, opponentlərimizi Müsavat Partiyasının bu fərqli xüsusiyyəti narahat edir”, - deyə Arif Hacılı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir