Modern.az

Tanınmış iş adamı koronavirusdan öldü

Tanınmış iş adamı koronavirusdan öldü

Allah rəhmət eləsi̇n

23 Yanvar 2021, 09:48

"Turan" futbol klubunun keçmiş prezidenti, tanınmış iş adamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov vəfat edib.

 

Modern.az  xəbər verir ki, bu barədə "Turan Tovuz" klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

 

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Onun ölüm səbəbi açıqlanmayıb. Lakin qeyd edilir ki, iş adamı bir müddət öncə koronavirusa yoluxubmuş.

 

Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb.

 

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır