Modern.az

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırıldı

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs cəzalandırıldı

23 Yanvar 2021, 10:13

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Modern.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?