Modern.az

Ötən il metro, avtobus və taksi ilə daşınan sərnişinlərin sayı

Ötən il metro, avtobus və taksi ilə daşınan sərnişinlərin sayı

Aktual

23 Yanvar 2021, 10:40

 

Koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə giriş-çıxışın, ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin işinin məhdudlaşdırılması yük və sərnişin daşımalarının azalmasına səbəb olub.

 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, sərnişin daşınması dekabr ayında noyabr ayı ilə müqayisədə 12,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 63,4 faiz azalıb:

 

“2019-cu illə müqayisədə 2020-ci ildə ölkə üzrə sərnişin daşınmasının 42,7 faiz azalıb. Ümumilikdə sərnişinlərin 93,4 faizi avtomobil, 6,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”.

 

DSK-nın məlumatına görə, 2020-ci ildə nəqliyyatçılar 1177,6 milyon sərnişinə xidmət göstəriblər:

 

“Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 111,5 milyon ton yük, 1100,2 milyon sərnişin daşınıb. Əvvəlki illə müqayisədə müvafiq olaraq 28,2 faiz və 39,3 faiz azalma qeydə alınıb. 

 

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

 

Ümumilikdə yük dövriyyəsi 49,8 faiz, sərnişin dövriyyəsi isə 34,6 faiz azalıb.

 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 68,4 faiz azalaraq 74,7 milyon nəfər olub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır