Arxiv
23 Yanvar 2021, 12:00 | ƏDƏBİYYAT
Şuşası şerimizin çeşməsi dilbər Qarabağ

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtdıq!

Şuşa bizimdir, Qarabağ bizimdir,

Qarabağ-Azərbaycandır!

 

İlham Əliyev

 

Uzun illər fərağına dayana bilmədiyim, uşaqlıqdan beynimdə həkk olunan “Cənnətim Qarabağ, şöhrətim Qarabağ, Nəğmələr gülüstanısan, sevgi dastanısan”- adlandırılan, hər bir azərbaycanlı üçün müqəddəs, doğma olan diyar haqqında-Qarabağ barəsində yazmaq qəlbimdən keçdi.

 

Nədənsə, doğulduğum, boya-başa çatdığım Xəzər sahilində, doğma Bakıda olmağıma rəğmən hər bir zaman qəlbim Qarabağla döyünürdü. Həm oxuduğum məktəbdə müəllim və şagirdlərlə, həm yaşadığım məhəllədəki qonşularımla, həm də ki, qarabağlı dostlarımla mütamadi olaraq Qarabağdan danışırdıq.

 

Xüsusən də, Qarabağın baş tacı sayılan Şuşa, Cıdır düzü, İsa bulağı söhbətimizin mübtədası olardı. Bu məkanlar məni sözün əsl mənasında Qarabağa bağlamışdı. Özümü sanki Qarabağlı kimi hiss edirdim.

 

Uşaqlıqdan həmçinin, poeziya və musiqi vurğunu olduğumdan şairlərin şerlərində Qarabağın vəsfindən, müğənni və xanəndələrimizin ifasında Qarabağ şikəstəsi, Qarabağ haqqında mahnılarından xüsusi zövq alardım. Hətta onları əzbərləyərdim. Xan Şuşinisknin, Sara Qədimovanın, Zeynəb Xanlarovanın, Arif Babayevin, Məmmədbağır Bağırzadənin Qarabağla bağlı ifalarından xüsusi zövq alardım. Hər dəfə böyük ustad sənətkarımız, xalq şairi Süleyman Rüstəmin özünün ifasında Qarabağa həsr olunmuş şerlərini, misralarını dinləyərək, özümü Qarabağlı sayardım. Xüsusilə onun:

 

Solmayan canlı çiçəkdir Qarabağ,

Yox bərabər ona, təkdir Qarabağ!

Qarabağ xeyli gözəldir, nə sözüm,

O yerin vurğunuyam çünki özüm...

O mənimdir, o sənindir, dostum,

Vətənimdir, vətənimdir, dostum.

 

 və ya 

 

Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ,

Tarixə bu adla yazılıb şöhrətim.

Necə fəxr etməyim, həmişə üzüağ,

Məclislər başında əyləşir millətim...

 

 

Bəli, zaman-zaman Azərbaycanın, əzəli, əbədi, ayrılmaz hissəsi olan Qarabağa qara əllər uzandı, köksünə acı dağlar çəkildi. 1828-ci ildə Rus-İran müharibəsinin nəticəsi olaraq bağlanılmış Türkmənçay müqaviləsindən sonra Qarabağın qara günləri başladı. Türkiyədən, İrandan, dünyanın bir çox ərazisindən Qarabağa köklü olmayan ermənilər köçürülməyə, məskunlaşdırılmağa başlanıldı, özü də xüsusi imtiyazlarla. Əslində bu bəlalara hələ 1805-ci ildə İbrahimxəlil xan ilə Rusiya generalı Pavel Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi zəmin yaratmişdi.

 

Bütün bu yüz illər ərzində Rusiya tərəfindən dəstəklənən, istiqamətləndirilən, məkrli, xain xislətli ermənilər Azərbaycanın bir çox bölgəsində, o cümlədən, Qarabağda azərbaycanlılara qarşı soyqırım törətməyə, onları sıxışdırmağa, dədə-baba torpaqlarından qovmağa başladılar. Bu səbəbdən, Car Rusiyasının bu iyrənc  siyasətini onu əvəz edən Sovet Rusiyası, sonralar  isə SSRİ höküməti davam etdirdi.

 

Qoca tarix keçən əsrin əvvələrində 1905,1918-1920-ci illərdə və sonrakı dövrlərdə ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri amansız qətliyamlarının, misli görünməmiş vəhşiliklərin, vandalizmin şahididir. 1905-ci il hadisələri dahi dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” pyesində bütün incəlikləri ilə oxucuya çatdırılıb. Bu bədnam siyasətin başında isə rusların olduğunu açıq-aşkar görmək mümkündür. Xüsusilə də, “Atan Kazaklardır” ifadəsi dillər əzbərinə çevrilərək, baiskarın əslində kimin olduğu dilə gətirilirdi.

 

Lenin-Stalinin “uğurlu” milli məsələlərə dair siyasəti nəticəsində 1923-cü ildə ədalətsiz, əsassız, haqsız yerə yaradılmış saxta bir qurum-Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın sinəsində partlamamış, təhlükəli, hər an partlaya biləcək bir minaya çevrildi. O zamandan belə demək mümkünsə, Qarabağlı azərbaycanlıların qara günləri başladı. SSRİ hökumətinə başda Anastas Mikoyan olmaqla yerləşdirilmiş şərəfsiz daşnak ermənilər DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR-yə verilməsi üçün dəridən-qabıqdan çıxırdılar.Lakin Azərbaycan SSR-nin rəhbərliyinin qətiyyəti sayəsində bu mümkünsüz olmuşdur.

 

 Hələ 1969-cu ilin əvvələrində xalq şairi Süleyman Rüstəm öz şerində həyəcan təbili çalırdı:” Oyan xalqım, xorenlər iş başındadır, Xudayarlar bekar gəzir”-mesajını vermişdi. Şair əksər şerlərində də Qarabağı tərənnüm edir, onun Azərbaycanın dilbər güşəsi, qədim torpağmız olduğunu fəxarətlə vəsf edirdi.

 

1969-cu ilin iyun ayında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsi ilə ermənilərin sözün əsl mənasında əl qolları bağlandı. H.Əliyevin qətiyyəti, nüfuzu, xüsusi çəkisi onları bu bəd, məkrli əməllərindən əl çəkməyə vadar etdi.

 

1987-ci ildə ümumilli Lider Heydər Əliyevin SSRİ hökumətindən və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyündən istefasından sonra ermənilərə girəvə düşdü və onlar sonu məlum olan acı nəticələrə səbəb oldular... 

 

Qarabağın dağlıq hissəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu, talan və qarət edildi. Bütün şəhər və kəndlərimiz, dini məbədlərimiz, məcidlər, qəbirstanlıqlar, sosial-mədəni obyektlər və s. məhv edildi. Gülüstan torpaqlarımız xarabazarlığa çevrildi. 30 ilə yaxın bir müddətdə doğma torpaqlardan uzaq düşdük, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olundular. Təbii ki, itkilərlə də üzləşdik, acılar çəkdik. Vətən həsrətini yaşadıq.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev rəhbərlikdə olduğu 17 il ərzində Azərbaycanın iqtisadiyyatını, hərbi sənayemizi gücləndirdi. Milli ordunun müasir texnika, silah və hərbi sursatla təchiz etdi, ordunun dünya standartları səviyyəsinə uyğun hazırlığını təmin elədi. Dəmir intizamlı, nizamlı ordu formalaşmasına nail oldu. Bu illər ərzində bütün beynəlxalq təşkilatlara Azərbaycanın Qarabağ məsələsindəki haqq səsini çatdırdı, xeyrimizə məlum qətnamələrin qəbul olunmasına nail oldu. Xalqın, müxalifətin, siyasi partiyaların birliyinə, xüsusən, Prezident-Xalq-Ordu birliyinə nail oldu. Əlbəttə ki, bütün bunlar dövlət başçısının qətiyyətli iradəsi, müdrikliyi, dünya siyasətindən baş çıxarması, mövcud beynəlxalq şəraitin imkanlarını düzgün təhlil etmək və dəyərləndirmək, onu xeyrimizə istifadə etmək iqtidarına malik olması Azərbaycanın müzəffər ordusunun 44 günlük Vətən müharibəsindəki zəfərini, qələbəni təmin etdi. Dəmir yumruq siyasətilə silahlanmış Azərbaycan ordusu bu müharibədə ilklərə imza atdı, dünya hərbi tarixində yeniliyi ilə tanındı, ad çıxardı. Həyatını, varlığını hər zaman canından çox sevdiyi Vətənə həsr edən Ali Baş Komandan İlham Əliyev xalqımızın kimliyini, onun qalibiyyətini fəxrlə, qururla qalib ölkənin qalib sərkərdəsi kimi dünyaya bəyan etdi. Azərbaycanın qeyrətli, mərd, cəsur döyüşçüləri sözün əsl mənasında yeni hərb tarixi yazdılar, Azərbaycan ordusunun yenilməzliyini sübut etdilər.

 

Hünər meydanlarında qeyrət, sücaət, rəşadət sərgiləyən, ömrümüzə, həyatımıza rövnəq verən, gələcək nəsillər üçün səadət aynası olan zəfərləri bizə bəxş edən ölməz igidlərimiz, şəhidlərimiz, qazilərimiz xalqımızın 30 illik həsrətinə son qoydular.

 

Torpaqlarımızın düşmən tapdağından azad olunmasındakı zəfərlərimiz çox dəyərlidir, tarixi əhəmiyyət kəsb edir. Lakin zəfərimizin, qalibiyyətimizin zirvəsi- müharibənin gedişinin taleyini həll edən zirvə isə məhz Azərbaycanın mədəniyyət beşiyi, konservatoriyası, Qarabağın mirvarisi və qeyrət qalası qədim Şuşa şəhərinin düşməndən azad olunması sayılır. Noyabr ayının 8-də Şuşanın işğaldan azad olunması bütün nisgilliyə, kədərə, həsrətə, ümidsizliyə, bədbinliyə, intizara və göz yaşlarına son qoydu, bizim tarixi qələbəmizi elan etməyimizə, düşmənin kapitulyasına, təslimçilik aktına imza atmasına nail olmağımıza həlledici təsir göstərdi...

 

Qalib ölkənin qalib Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin yanvar ayının 14-də Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə dağlardan, meşələrdən, dərələrdən keçərək, Qələbə yolu ilə Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində oldular. Cənab Prezidentin Şuşa şəhərindən düşmən ölkəyə, o cümlədən, bizə dost olmayan ölkələrə öz ciddi mesajlarını verdi. Bu, qalib ölkə rəhbərinin dünya siyasətində qazandığı mövqeyinin, xüsusi çəkisinn, Azərbaycanın bölgədə söz sahibi olmasının göstəricisi idi. Ölkə başçısı Azərbaycanın öz torpağının bir qarışını belə kimsəyə verməyəcəyini,  dəmir yumuruğu bir daha nümayiş etdirdi. Bəli, Şuşa çox strateji bir məntəqədir, əslində alınmaz bir qaladır. Şəhər hər tərəfdən sıldırım qayalar və təbii lanşaft ilə əhatə olunduğundan burada yeni hərbi taktikadan, əlbəyaxa döyüşdən istifadə olundu. Azərbaycanın qəhrəman övladları bütün dünyanı, eləcə də düşmənləri heyrətləndirən mükəmməl hərbi əməliyyat keçirərək, cəsarət, rəşadət, igidlik, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək, vaxtilə Qarabağ xanı Pənahəli xanın inşa etdirdiyi Şuşanı işğalçılardan azad etdi. Noyabrın 8-də orada Azərbaycanın 3 rəngli, ay-ulduzlu bayrağı qaldırıldı. Bir gün sonra isə müharibəyə son qoyuldu... 

 

Cənab Prezidentin özü qeyd etdiyi kimi, o, ilk dəfə Şuşada 39il öncə, 1982-ci il yanvarın 14-də qış günündə Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin açılışı zamanı olub. O günü mən də yaxşı xatırlayıram. O prossesi televiziya vasitəsilə izləmişəm. Quşbaşı qar yağırdı. Azərbaycanın rəhbəri Heydər Əliyevin iştirak etdiyi o tədbirdə Xalq şairləri Süleyman Rüstəm, Nəbi Xəzri, xalq yazıçısı Mirzə İbrahimov, SSRİ xalq artisti Niyazi, Akademik Həsən Abdullayev və başqaları iştirak edirdilər. Həmin ilin iyul ayının 29-da Şuşada Vaqif poeziya günü keçirildi.Həmin tədbirdə də ümummilli lider Heydər Əliyev və İlham Əliyev iştiraik edirdilər.

 

H.Əliyevin Şuşada Vaqif muzey məqbərə kompleksini açması, Vaqif poeziya günlərini keçirməsi və digər addımları Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunun göstəricisi idi. Cıdır düzündə keçirilən “Xarı bülbül” musiqi festivalı da məhz bu qəbildən idi.

 

39 il sonra İlham Əliyevin bu şəhərə bir xilaskar, qalib sərkərdə, Ali Baş Komandan, dövlət başçısı kimi gəlməsi, Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi, Xarı bülbülün Qarabağın Azadlıq rəmzi kimi qəbul olunması, Vaqif poeziya günlərinin, Xarı bülbül festivalının keçirilməsi haqda qərar qəbul olunması və s. cənab Prezidentin noyabrın 10-da dediyi fikirləri bir daha gündəmə gətirir: “Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq”. 

 

Bəli, cənab Prezidentin dediyi kimi bu torpaqlar əbədi bizə qaytarıldı, şəhidlərimizin qanı, igidlərimizin canı hesabına. Hər birimiz Vətən torpağını göz bəbəyimiz kimi qorumalıyıq. Düşmən hər bir zaman bizim dəmir yumuruğumuzu hiss etməli, bizim torpaqlara sarı baxmamalıdır. 

 

Bəli Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağda daim Cəngi sədaları, Heyratı təranələri səslənəckdir.

 

Yazımın sonunda Xalq şairi Süleyman Rüstəmin  1988-ci ildə Azərbaycan Parlamentinin iclasında, Parlamentin sədri kimi xitabət kürsüsündən özünün ürək qanı ilə qələmə aldığı “Qarabağnamə”sini oxuyaraq dünyaya Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olması haqqında bəyan etdiyi şeri hörmətli oxucularıma təqdim edərək, yazıma nöqtə qoyuram.

 




Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika üzrə

 fəlsəfə doktoru, dosent

 

QARABAĞ

 

Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ!

Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ!

 

Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm,

Ömrü ağ günlü könüllərdə  səadət görürəm,

Sözü xoş nəğməli dillərdə həqiqət görürəm,

Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ!

Əbədi şölə saçan çılçırağımsan, Qarabağ!

 

Yadigarsan babalardan bizə, ey şanlı diyar,

Dostluğun-fəxr elə-bağlarında təməl daşları var.

Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,

Şuşası şerimizin çeşməsi dilbər Qarabağ!

Yürüşündə hər ili əsrə bərabər Qarabağ!

 

Gəzmişəm əldə qələm bağlarını, dağlarını,

Dalmışam seyrə zəfər müjdəli bayraqlarını,

Çəkmişəm nəzmə gəlib vəcdə gözəl çağlarını, 

Adlanırsan bütün ellərdə gülüstan, Qarabağ!

Sən Azərbaycanımın şöhrətisən, can Qarabağ!

 

Gül-çiçək ətri hopub qızlarının dillərinə,

Yayılıb varlığının qüdrəti dost ellərinə, 

Qoymaram yad əli dəysin bağının güllərinə,

Mən Süleyman, səninəm, sən də mənimsən, Qarabağ!

Vətənimsən, vətənimsən, vətənimsən, Qarabağ!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI 9 mart 2021, 14:54 “Mülki Prosessual Məcəllə”yə dəyişiklik edildi 9 mart 2021, 14:48 Ünvanlı sosial yardım alan ailələrin sayı artdı 9 mart 2021, 14:42 Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb 9 mart 2021, 14:36 YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu - FOTOLAR 9 mart 2021, 14:30 “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir” - Nazir 9 mart 2021, 14:24 Yaşar Nurinin şəxsi əşyaları oğurlandı 9 mart 2021, 14:18 Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı 9 mart 2021, 14:12 Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO 9 mart 2021, 14:06 Səlimin anası da koronavirusdan vəfat etdi 9 mart 2021, 14:00 Əmək Məcəlləsinə dəyişiklik edilir 9 mart 2021, 13:56 Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18 Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı 9 mart 2021, 12:15