Modern.az

Azərbaycan torpağı Zəngəzur və ermənilərin iç üzü dünyanın gözü ilə

Azərbaycan torpağı Zəngəzur və ermənilərin iç üzü dünyanın gözü ilə

Aktual

23 Yanvar 2021, 15:09

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı qələbə qazandı. Artıq Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yarandı. Azərbaycan  Prezidenti. Ali Baş Komandan  İlham Əliyev 30 ilə yaxın işğal altında olan torpaqlarımızı hərbi yolla yanaşı apardığı qətiyyətli siyasi, informasiya, iqtisadi siyasəti və naliyyətləri  nəticəsində heçbir dövlətdən kömək istmədən erməni qəsbikarlarından azad etdi. Başda Ali Baş Komandan  İlham Əliyev olmaqla Azərbaycan əsgərinin rəşadəti və qəhrəmanlığı, xalqın Prezidentinə inami, Ali Baş Komandanın xalqa güvəni nəticəsində Ermənistan Ordusunu döyüş meydanında 44 günə məhv edərək 200 ildə , ermənilər görmədikləri ən ağır zərbəni ilk  dəfə aldılar. Ali Baş Komandanin dəmir yümrugu onlara son iki əsrdə  ilk dəfə olaraq dünya birliyində layiqli yerlərini onlara göstərdi, kim olduqlarını anlatdı, Azərbaycan Prezidenti, Alı Baş Komandan cənab liham Əliyev dünyanin aparıcı informasiya kanallarina müxtəlif dillərdə verdiyı 30-dan artıq müsahibəsi ilə həm də düşməni informasiya savaşında  məğlub edib,ifşa etdi.

 

Ermənistanın Baş Naziri Paşinyan məğlub olduqlarını etiraf edərək 9 noyabr 2020ci ildə alçaldıcı kopitulyasiya bəyanatına imza atdı. Amma Azərbaycan xalqı  30 il ərzində erməni faşistlərinin ərazilərimizdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb aparılmasını və son iki əsr  ərzində ona vurdugu maddi vəmənəvi zərərləri heç vaxt unutmayacaqdır.

 

Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider   Heydər  Əliyevin dediyi: “Bundan sonra da elə əsərlər yaranmalıdır kı, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim,  ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər ücün yol açmalıyıq”- bu qiymətli kalamlarını əlı qələm tutan hər bir azərbaycanlı vicdanla yerinə yetirməlidir.

 

Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı yeddi rayondan ibarət olub, hal-hazırda onun dörd rayonu : Kafan, Gorus , Qarakilsə (Sisyan), Mıgri Ermənistan ərazisində, üç rayonu Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisində yerləşir.  Zəngəzurun ümumi sahəsi 7 892  kmolub,  2020-ci il Vətən müharibəsində  Zəngilan, Qubadlı, Laçın rayonları işgaldan azad olunandan sonra onun 4505,5 km2 sahəsini əhatə edən Kafan, Gorus , Qarakilsə (Sisyan), Mıgri rayonlari 100 ildən artiqdir ki, yenə erməni işgalı altındadir. 1920-ci ildə  Zəngəzurdan qoparılıb daşnaklara verilən bu ərazi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 105,5 km2 çoxdur.

 

1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %), 91-i kürd kəndi (27,8%)  1813-1828-ci illər müqavilələrindən sonra bura köçürlən yalnız  81 erməni kəndi ( 24,8%)  təşkil olunmuşdur.

 

Zəngəzur adındakı “zəngi” leksik vahidi tədqiqatçılara görə  türk tayfa adıdır. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olub.

 

Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır : “ Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi.... Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi...”

 

Digər  tədqiqatçıların fikrincə  isə,  Zəngəzur sözündəki  ikinci leksem ərəbcə "sur" dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir - yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzurun digər bölgələri Laçın, Mığrı adlarında da türk tayfalarının izi qalıb. Mığri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmır. Nüvədi  ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı müqəddəs Ziyarətgahını da  Babəkin adı ilə əlaqələndirilir.

 

Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərkibində 1918-1920-ci illərdə Zəngəzur qəzası da daxil olmaqla  ŞuşaCavanşirCəbrayıl qəzaları əsasında yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar. Amma faktik olaraq o vaxt daşnak general  Andranik  Zəngəzuru  müsəlman türk və kürdlərdən təmizləyib, orada qubernatorluq elan etmişdi. Andranik Laçında Sultan bəyə biabırçı vəziyyətdə uduzandan sonra 1922-də ABŞ-a sığınmış, 1927-ci ildə ölmüş, Kalıforniya ştatının  Fresno şəhərində basdırılmış, cəsədi 1928-ci ildə Parisə, 2000-ci ildə isə erməni şovinistləri tərəfindən Yerevana gətirilmişdir.

 

O vaxt sovet Azərbaycanının  rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycan sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən  Ermənistan sovet hökuməti arasında  ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ  məsələsinin onların  xeyirlərinə həllini gözləyirdilər.

 

O vaxt təzə sona çatmış Birinci Dünya müharibəsindən sonra ən ağır zərbələrdən biri də Azərbaycana dəydi.  Müttəfiq dövlətlər, ardınca da bolşevik Rusiyası Anadoluda itirdiklərinin əvəzini Azərbaycandan çıxaraq,  Azərbaycan torpaqlarında yox yerdən Ermənistan adlı dövlət yaratdılar. 200 İldən artıq bir zamanda müstəqil dövlətçilik ənənələrini itirmiş, xanlıqlara parçalanmış, rusla farsın əlində oyun meydanına  çevrilmiş binəva Azərbaycan torpaqlarının bir hissəsi  bu dəfə Rusiyaya (Dağıstan Muxtar Respublikası), Ermənistana  və Gürcüstana hədiyyə edildi.

 

Ermənilərin xalqımıza qarşı yönəlmiş soyqırım və deportasiya siyasətinin ən qanlı səhifələrindən  biri də 1919-cu ilin dekabr, 1920-ci ilin yanvarında oldu. Əfsuslar  olsun ki, bu hadisələrdən  bir əsrdən cox vaxt keçməyinə baxmayaraq, Azərbaycan xalqı  bu qanlı faciələrin əsil mahiyyətindən, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyillər.

 

1920-ci il noyabrın 29-da Ermənistanda (İrəvanda) sovet hakimiyyətinin qurulduğu elan olunanda, hələ bölgələrdə daşnak hökuməti tam süqut etməmişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.... Qərarda  Zəngəzurun Ermənistana verilməsi üçün Azərbacanın Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə - Kürdüstan qəzasına bölmək təklif edildi. Bu birgə iclasın qəbul etdiyi “tarixi” qərara aydınlıq gətirmək üçün orada iştirak edənlərin tərkibini də bilmək maraqlı olardı: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov.

 

Ümummilli Lider Heydır Əliyev demişdir: “ ...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranərkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqıdar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycam torpağı olan Mığri rayonu da Ermənistana verilibdir. Belıliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan  arasında coğrafi nöqteyi - nəzərdən müəyyən çətinliklər yapanıbdır”.

 

Tarixə nəzər saldıqda görürük ki, 18-ci əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, Çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olubdur. 

 

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulandan sonra isə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olmuşdur.

 

Daha qədim tarixə getsək görərik ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanına çevrilibdir. Ərəblər məhz Cənubi Azərbaycan – Naxçıvan - Biçənək –Gorus – Laçın - Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişlər.

 

Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisyan) və Gorus bölgələrini əhatə etmişdir.

 

1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoymuş, 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirib, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşmışdir.

 

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər hesabına tutub, bu yerləri xarabazara çevirib, 10 min ailəni buradan imperiyasının şərqinə - Əfqanıstana köçürmüşlər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən salmışdır. Yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırmışlar  ki,  sonralar bu ad fonetik dəyişməyə uğrayaraq “əfqan” a çevilmişdir.

 

Zəngəzur Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1503-cü  ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşmüş, I Şah Abbasın (1571 –1629)  Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşları zamanı  müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində onun verdiyi köç fərmanına əsasən hər iki vilayətin əhalisi öz yerlərini tərk etmişlər.

 

Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilmiş, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olmuşdu. 1748-ci ildə Qarabağ xanlığını yaradıb, ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini - Bərgüşad, Tatev, Sisian, Qafan, Mığrini Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatmış və bu ərazilər Qaraçorlu mahalı adlandırılmışdır. Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalmışdır. 

 

Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli Çar fərmanı əsasında Yelizavetpol (Gəncə) quberniyası yaradılmışdı. 1861-ci ildə yaradılmış  Zəngəzur qəzası, Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası,  İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdi. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olunmuşdu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verilmişdi. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçmüşdü. İyunun 17-də  Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edildi. Hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918 il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı oldu.

 

1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verirdi. Bu gün bunlardan heç biri mövcud deyildir. Erməni vandalları, terrorçuları tərəfindən yerrlə yeksan edilmişdir. Amma indi tarixə Fateh  sərkərdə kimi düşəcək Ali Baş komandan İlham Əliyevin rəhbərliyi  ilə 30 ildən artıq işgal altında olan torpaqlarimız azad olduqdan sonra ermənilər dünyaya səs salaraq, yalvarıb öz tarixi abidələrinin qorunmasını xahiş edirlər. Onlar yenə  də başa düşmək istəmirlər ki, cəmi 200 ilə yaxin yaşadıqları  Qarabağin Dağlıq hissəsində onların nə tarıxi abidələri ola bilər?... Əgər varsa belə, o da onların saxtalaşdırdığı qədim Alban məbədləridir... Ermənilər  yenə də unudurlar ki,onlardan fərqli olaraq Azərbaycanlıların tarixi beş min il əvvələ gedib çıxir. Xalqının daxili xislətini yaxşı bilən öz sairləri Ovanes Tumanyanın yazdığı  kimi onlar daxildən xəstədirlər:” həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”.

 

Ermənilər yenə də bilmək istəmirlər ki, Azərbaycan toleyrant xalqır. Onlardan fərqli olaraq 30 ildə işgal etdikləri Aərbaycan ərazilərində daşı daş üstündə qoymasalar belə, Azərbaycan xalqina bir trilyon 300 milyard ABŞ dollarından şox zərər vursalar da, dini abidələrimizi, məscidlərimizi təhqir edib ... heyvanlar saxlasalar da, qacarkən dağıtsalar da, körpülərimizi partlatsalar  da  Azərbaycan xalqı Bakı Şəhərində hətta  onların  kilsələrını, kilsədə saxlanılan 5 mindən artıq kıtabı qoruyub saxlayır. Onlar işğal etdikləri torpaqlarımızdan qorxaqcasına qaçərkən ağaclarımızı kəsib, meşələrimizi, evlərimizi yandırsalar da Biz onlain kilsələrini qoruyur, hətta qaz ilə isidirik. Ermənistanda bir nəfər olsa belə kənar millətin nümayəndəsinin olmamasına baxmayaraq, Azərbaycanda 30  mindən artıq erməni sərbəst gəzir, arxayın, təhlükəsiz yasayır. Ermənilər unudurlar ki, yaxin qohumdan yaxin qonşu yaxşıdır....

 

Azərbaycan  prezidenti İlham Əliyev Naxcıvan Muxtar Respublikasınin 90 illik yubleyinə həsr olunmuş təntənəli mərasimdəki  nitqində demişdir  (08. 04.2014): “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Cünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpagıdır. Zəngəzurun o vaxtki əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları ıdı. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsaə rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baximdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağiq”.

 

Həqiqətən də 1800-cü illərin əvvəllərinə qədər Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə, hətta bir adam da yaşamayıb. Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən - əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan və s. köçüb gələnlərdən ibarətdir.

 

Buğün dünyaya zəhərli həşarət kimi yayılmiş ermənilər qırxa yaxın böyük həcmli lirik povestlər və gərgin sujetli romanlar. dedektiv əsərlərin müəllifi olan Tahir Kazımovun “Talelərini özləri yazanlar” Roman - epopeyasında  yazdığı kimi “ ...bu millətin nə torpağı, nə də dövləti olmayıb, İrəvan xalqı da, indi Ermənistan Respublikası adlanan ərazi də hamısı Azəzbaycanın ərazisi olub, XX əsrin iyirminci illərində bolşeviklər, başda Lenin, Stalin, Mikoyan olmaqla o torpaqları ermənilərə güzəşt ediblər... Onlar Hindistanın qaraçı  nəslindəndirlər...yersiz, yurdsuz,  yuvasız ... hər yerdə də sakit oturmayan qan – qan deyirlər....”.

 

Bir oxucu kimi bu misraları mən də oxuyanda, Sovet dövrü orta məktəblərdə tədris olunan 26-larin liderlərindən biri  kimi təbliğ  olunan, azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı Stepan Şaumyanın niyə məhz Hindistsna - əcdadlarının yanına qaçdığı, ömrünü orda sona vurduğu - ermənilərin Hindistanın qaraçı nəslindən olduqlarını bir  daha təsdiq edir. Yeri gəlmişkən bu dəyərli 6 kitabda ermənilərin iç üzünü,”... sən kimsən...sən oğru, fırildaqçı, cəsus, xəyanətkar, ümumiyyətlə ermənisən” –publisist Tahir Kazımovun dahilərin dilindən ermənilər haqqına deyilən yazdığı  bəzi fikirləri də  oxucuların diqqətinə çatdırmaq istəyirəm:

 

Sədi Şirazi deyib ki, ermənilər yer üzünün əhri məri, insanlığın düşmənidir, düşməni... 

 

Fransız səyyahı Qraf de-Qöle yazırdı: “Erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə çox böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır”.

 

V.Veliçko: “Həmişə dəyişkən sərhədləri olan, şübhəli erməni çarları hər vaxt güclü qonşu ölkələrdən asılı olub və həmişə sistematik olaraq onlara xəyanət edib. Hara ona sərfəlidir, ora onun vətənidir.”

 

İsveçrə şərqşunası Adam Mete yaxşı təsvir etmişdir: “Ermənilər ag dərili qulların ən pisidir. Onlar döyənək və qorxu altında yaxşı işləyirlər”.

 

Bu da  İtalyan alimi Tasitin dediyi kimi “...ermənilər  xasiyyətcə ikiüzlü və  xəyanətkardırlar” - yazdığının bir daha sübutudur.

 

Alman səyyahı Alfred Kyortedin erməni milləti haqqında dediyi “ bir yunanın  iki yəhudini, bir erməninin isə iki yunanı aldada bilməsi haqqında “ zərb məsəli bir daha onların kim olmalarının təzahürüdür.

 

Rusiyanın vaxtı ilə Van və Ərzurumda baş konsulu Mayevski isə  “Xatirələr”ində yazırdı “... həqiqət ona ğörə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçirlar...”. 

 

...erməninin dilindən “...bizlər satılmış Hind qaraçılarıyıq...Yaxın Şərqdə, kiçik Asiyaya yayılmışıq, güclülərə qul olsaq da ,ərəblərlə, bizanslarla,  türklərlə və bir çox dövlətin insanları ilə yola getməmişik....həmişə torpaq üstündə  üsyanlar etmişik”. “Ermənilər qul mənşəli olublar” və s.

 

Məşhur Polyak tarixçisi və hüquqsunası Adam Mixnik “...Kecmişdə Azərbaycan torpaqlarının qoparılması ügrunda mübarizədə olduğu kimi siyasi yalan, böhtan,  ikiüzlülük, yaltaqlıq, alçaqlıq və məkirə əl atan erməni şovinistləri elə indi də himayədarlarına arxalanaraq tarxin yeni mərhələsində köhnə naftalin iyi verən səbəblərdən Azərbaycana qarşı misli görünməmiş münaqişəni genşləndirmişlər”.

 

1795-ci ildə Moskvada, zabitlər ailəsində dünyaya gəlmiş,1818-ci ilin iyul ayında rus missiyasının katibi kimi, 1821-ci ildə isə yenə də İranda Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifələrində işləmiş, 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış etmiş, 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak etmiş, sonra isə İranda rəsmi səfir təyin edilib, elə həmin ildə Tehranda səfirlik binasında qətlə yetirilib meyidi Tiflisə aparılmış, Ermənilərin Qafqaza köçürülməsinin səbəbkarı və təşəbbüskarından biri olan A.S. Qriboedovun rus imperatoruna məktubundan: “Əlahəzrət, ermənilərin mərkəzı rus torpaqlarında məskunlaşmasna imkan, icazə verməyin! Onlar elə tayfadirlar kl, həmin yerlərdə bir neçə 10 il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar bura bizim dədəb-aba torpaqlarımızdır, deyəcəklər”.   

 

Gevork Aslan erməni tarixçisi : “ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur” və s. Beləliklə ermənilərin xəyanətkarlığı, satqınlığı, ikiüzlülüyu, şovinistliyi. yaltaqlığı və s. insanlığa yaraşmayan məkirli siyasətləri haqqında dünya dahilərinin yüzlərlə fikirlərini söyləmək olar...   

 

Bunlari ğörən Dünyanın yenə də bəzi təşkilatları və tanınmışları ermənilərin yenə də qayıdıb Qarabagın daglıq hissəsində yaşamalarına canfəşanlıq edirlər. Gorəsən Onları son 120  ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, o cümlədən 1988-1993-cü illərdə Ermənistandan qovulmuş 250 mindən cox azərbaycanlının – indi 400 mindən cox olan (Qarabaga qayıtması arzu etdikləri 40 min ermənidən 10 dəfə çox olan) azərbaycanlıların taleyi niyə  maraqlandrmır?... 

 

Biz də əzəli  torpaqlarımıza nəyin bahasına olursa olsun qayitmaq istəyirik.

 

Yaşasın qətiyyətli Ali Baş Komandan, möhtərəm Prezident!

 

Yaşasın rəşadətli Azərbaycan Ordusu!

 

Qarabağ Azərbaycandır!

 

Zəngəzur Azərbaycandır!

 

İsmayıl Əliyev,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

professor,  NÜVƏDİLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı