Modern.az

“Etiraz aksiyalarına daha az adam çıxır” - Peskov

“Etiraz aksiyalarına daha az adam çıxır” - Peskov

Aktual

24 Yanvar 2021, 17:10

Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərin sayı qanunsuz etiraz aksiyalarına çıxanlardan xeyli çoxdur.

 

Modern.az bildirir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.

 

“İndi çoxları deyəcək ki, qanunsuz aksiyalara çoxlu adam çıxıb. Xeyr, az adam çıxdı, çox adam Putinə səs verir”, - deyə Peskov qeyd edib. Prezidentin mətbuat katibi xatırladıb ki, vətəndaşların çoxu Konstitusiyaya edilən düzəlişlərə də səs verib.

 

“Mən bütün nöqteyi-nəzərlərə hörmətlə yanaşıram, amma qanunsuz aksiyalarda iştirak etməyin qəti əleyhinəyəm, çünki orada başqa qiymətləndirmə ola bilməz: bu, qanunun pozulmasıdır”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!