Modern.az

Zaqatala-Qax yolunda maşın aşdı

Zaqatala-Qax yolunda maşın aşdı

24 Yanvar 2021, 22:02

Bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində yol qəzası baş verib. 

 

Modern.az xəbər verir ki, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Anar Abdulla oğlu Musayev idarə etdiyi “VAZ 21099” markalı 62 BD 401 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. 

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Verilən məlumata görə, A.Musayeva açıq kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. 

Faktla bağlı araşdırma aparılır (apa). 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür