Modern.az

“Zülmətdən gələn işıq”  

“Zülmətdən gələn işıq”  

Aktual

25 Yanvar 2021, 12:24

Dünyada gözdən əlillərinin bu adlı ilk himni Azərbaycanda yarandı

Dünyada gözdən əlillərinin ilk himni “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyinin dəstəyi ilə ilk dəfə Azərbaycanda yazılıb və bugünlərdə ifa olunub. “Zülmətdən gələn işıq” adlı bu nəğmənin mətnini Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü,  şair-tərcüməçi Giya Paçxataşvili, müsiqisini isə bəstəkar İqbal Ağayev yazıb.


Bu barədə məlumat verən Xatirə Mikayılqızı   bildirdi ki, Azərbaycanda doğulub-böyümüş, Azərbaycan və gürcü ədəbiyyatları arasında bədii tərcümə körpüsünün çağdaş cəfakeşlərindən biri, ölkəmizin ədəbi-mədəni mühitində nəvazişlə “Azərbaycan gürcüsü” adlandırılan tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin özü də gözdən əlil olduğundan görmə qüsuru olan insanların nəğməsini yaratmaq barədə çoxdan düşünürdü. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Reyhan Cəfərovanın bu ideyanı dəstəkləməsinin və Giya Paçxataşvilinin bəstəkar İqbal Ağayevlə birgə işinin nəticəsində, nəhayət, belə bir kövrək, eyni zamanda, həyat eşqi ilə çağlayan nəğmə yarandı.


 Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin  Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə layihəsi olan “Zülmətdən gələn işıq” adlı himn bugünlərdə müğənni Kənan Qədimovun solo ifasında Azərbaycan Televiziyası və Radsiosu Xor Kollektivinin müşayiəti ilə ilk dəfə səsləndirildi. İnanırıq ki, gözdən əlil insanların ilk dəfə ölkəmizdə ərsəyə gəlmiş himni xeyirxah insanların dəstəyi ilə tezliklə  videoklip halına salınacaq və dünyada da yayılacaq.

      
Xatırladaq ki, rəssam Sehran Allahverdi gözdən əlil insanların ilk himninə eyniadlı “Zülmətdən gələn işıq” illüstrasiyası çəkib.  


Tahir AYDINOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü