Modern.az

Olimpiya çempionunun qızıl medalını əlindən aldılar - Qalmaqal

Olimpiya çempionunun qızıl medalını əlindən aldılar - Qalmaqal

13 Avqust 2012, 16:50


London Olimpiadası başa çatsa da, bu beynəlxalq idman tədbiri ətrafında müzakirələr, qalmaqallar davam edir.

Modern.az saytı xəbər verir ki, Olimpiadada yadro tullamaq (nüvə itələmək) üzrə qızıl medal qazanmış Belorus təmsilçisi Nadejda Ostapçukun qanında dopinq aşkar olunub. Və buna görə onu qızıl medaldan məhrum ediblər.
Qeyd edək ki, məlumatı Beynəlxalq Olimpiya Komitəsi də təqdiqləyib. Nəticədə həmin yarışlarda 3-cü olmuş rusiyalı idmançı Yevgeniya Kolodko ikinci pilləyə yüksəlib və bürünc medal əvəzinə gümüş medal əldə edib. Qızıl medal isə Yeni Zelandiya təmsilçisi Valeri Adamsa verilib. Bürünc medal çinli Litsyao Hona verilib.

Qeyd edək ki, Nadejda Ostapçukun qan testində qadağan olunmuş steroid metenolon maddəsi aşkarlanıb. Maraqlıdır ki, idmançı üzərində həm yarışdan öncə, həm də sonra qan testi aparılmışdı. Nəticə yarışlar başa çatandan sonra bəlli olub.

Aygün ASİFQIZI
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi