Modern.az

Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı

Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı

Aktual

25 Yanvar 2021, 17:52

Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məıumata görə, ilkin araşdırma nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb:

 

"Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 9 iyun 1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.

 

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir. Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır".

 

Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılmış və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub