Modern.az

Putinə qarşı sui-qəsd - İDDİA

Putinə qarşı sui-qəsd - İDDİA

13 Avqust 2012, 18:29

Putinə qarşı sui-qəsd hazırlanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu xəbəri Rusiyanın Daxili İşlər Nazirliyində işləyən 37 yaşlı Yuliya Aştaxova yayıb. Səhər işə gələn qadın Kreml sarayına zəng edərək bildirib ki, avqustun 13-də, yəni bu gün V.Putinə sui-qəsd həyata keçiriləcək: “Tez gəlin, sizə ətraflı danışacam”.

Bundan sonra Rusiyanın təhlükəsizlik xidmətinin işçiləri həmin qadının yanına gəlib və bu haqda ətraflı öyrənməyə çalışıb. Bu zaman isə əsl şok yaşanıb. Belə ki, sui-qəsd planına həyəcanlı səs tonuyla danışmağa başlayan qadın qeyd edib ki, “dünən Moskva hava limanında təyyarənin eniş vaxtı qəflətən işıqlar söndü. Elə bu vaxt başa düşdüm ki, 13 avqustda Putinə sui-qəsd hazırlanır”. 

Bu sözlərdən sonra 37 yaşlı DİN əməkdaşı nəzarətə alınıb. Əgər yalandan terror barədə xəbər verməsi barədə günahı təsdiqlənərsə, qadını 3 il həbs cəzası gözləyir. 

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir