Xətai rayonunda intihar edən şəxsin kimliyi bilinib. Modern.az-ın məlumatına görə, yanvarın 26-da saat 15 radələrində intihar edən şəxs1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğludur.
Belə ki, Y.Mahmudov yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hazırda faktı üzrə Xətai rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
***
Bakıda daha bir intihar hadisəsi baş verib. Modern.az-ın məlumatına görə, bu dəfə hadisə paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsi 18-də qeydə alınıb.
Gənc oğlan özünü çpxmərtəbəli binadan atıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerinə cəlb olunub, intiharın səbəbləri araşdırılır.