Modern.az

“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman

“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman

27 Yanvar 2021, 01:04

"Çətin bir stadionda çətin bir komandaya qarşı oynayırıq. Oyun zamanı çox diqqətli olmalıyıq. Mövsümün önəmli anlarından biridir, səfər oyunlarında yaxşı işlər görürük. Sabah güclü bir heyət quracağıq”.

 

Modern.az xəbər verir ki, bunu “Rayo Vallekano” ilə matç öncəsi “Barselona”nın baş məşqçisi Ronald Kuman bildirib.

 

“Düşünmürəm ki, asan oyun olacaq, çünki “Atletiko” və “Real”dan başqa da güclü rəqiblər var.

Hər turnirdə var gücümüzlə mübarizə aparacağıq. Doğrudur, “Atletiko”nun liqada üstünlüyü var və bu çox çətindir, çünki indi onlar kubokdan kənar qalıblar və liqada daha rahatdırlar. Ancaq təslim olmayacağıq.

Mümkün və ya olmayan hər şeyi edəcəyik. Sabah qalib ruhlu bir komanda görmək istəyirəm”, - deyə baş məşqçi bildirib.

 

R.Kuman komandanın kapitanı Linoel Messinin ilk 11-likdə olub olmayacağından da danışıb:

 

“Leo bütün oyunlarda olmaq istəyir. Sabah onunla danışacam və Madridə çatanda siyahını verəcəyəm. Bunu öyrənmək üçün sabaha qədər gözləməliyik.

Leo bir neçə həftə əvvəl narahat idi, amma indi istəkli və tam formadadır. Kubok qazanmaq istəyiriksə, Leoya ən yaxşı şəkildə ehtiyacımız var”.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu