Modern.az

Bayden Putinin şərtlərini QƏBUL ETDİ

Bayden Putinin şərtlərini QƏBUL ETDİ

Dünya

27 Yanvar 2021, 10:47

Rusiya və ABŞ liderləri dünən ilk dəfə telefonda danışıblar.

Modern.az xəbər verir ki, Vladimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında razılıq əldə ediblər.

 

“ABŞ və Rusiya SHS-3 müqaviləsini Moskvanın şərtləri ilə uzatmağa razılaşıb”-deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

 

Federasiya Şurasının Beynəlxalq Komitəsi Dövlət Dumasına SHS-3 müqaviləsinin uzadılması barədə razılığı ratifikasiya etməyi tövsiyyə edib.   

Xatırladaq ki, Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin müddəti fevralın 5-də bitəcək. Donald Tramp administrasiyası bu müqavilənin uzadılmasından imtina edirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı