Modern.az

Putin Davos Forumunda Qarabağdan DANIŞDI

Putin Davos Forumunda Qarabağdan DANIŞDI

Aktual

27 Yanvar 2021, 16:38

Putin Davos forumunda Dağlıq Qarabağ münaqişəsi barədə danışıb.

 

Modern.az xəbər verir ki, onun çıxışı onlayn formatda baş tutub. Çıxışı zamanı Putin dünya birliyini Qarabağa humanitar yardım göstərməyə çağırıb. 

“Münaqişənin həllində iştirak edən ölkələr qarşısında zərərçəkmiş bölgələrə yardım göstərmək, qaçınların qaytarılması, dağılmış infrastrukturun bərpası, tarix, din və mədəniyyət abidələrinin bərpası ilə bağlı humanitar vəzifələr durur”.

 

Putin Moskvanın Minsk Qrupu formatında ABŞ və Fransa ilə əldə etdiyi konsensusu əldə etməyə çalışdığını əlavə edib.

“Qan tökülməsini dayandırmaq, ən əsası isə atəşin tam dayandırılmasına və stabilləşdirmə prosesinə başlaya bildik. Qarabağla bağlı razılaşmalar ardıcıl icra olunur”-deyə Putin söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir