Modern.az

Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq

Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq

27 Yanvar 2021, 20:28

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşü keçiriləcək.

 

Modern.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin müavininin mətbuat xidməti yayıb.

 

Bildirilib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir