Modern.az

Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI

Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI

Aktual

27 Yanvar 2021, 20:53

Yanvarın 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Vəkillər Kollegiyasından Modern.az-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanının yazılı test mərhələsində 250-dən, şifahi müsahibə mərhələsində iştirak üçün 200-dən çox namizədin gözlədiyini diqqətə çatdırıb.

 

Rəyasət Heyətinin iclasında keçmiş hakim və vəkillərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içərək vəkilliyə qəbul olublar. O cümlədən vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə, fəaliyyətlərində fərqlənmiş bir sıra vəkillərin və Rəyasət Heyəti aparatının əməkdaşlarının mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

 

Eyni zamanda, iclasda “Qanunun Aliliyi” və Qusar rayon Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib. Həmçinin COVID-19 virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

 

Daha sonra Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

 

Kollegiya üzvlüyünə qəbul olunan şəxslərin siyahısını təqdim edirik:

 

Allahverdiyev Qəhrəman Əli oğlu (Ali Məhkəmənin keçmiş hakimi)

Nəbiyev Ehtibar Qəzənfər oğlu (Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi)

Bayramov Mayıl Abbas oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi)

Həsənov Ramil Yaqub oğlu (Suraxanı Rayon Məhkəməsinin keçmiş hakimi)

Bağırov Rafiq Sultan oğlu (Kürdəmir rayon Məhkəməsinin keçmiş hakimi)

Ələsgərov Şakir Çərkəz oğlu (Xocavənd Rayon Məhkəməsinin keçmiş hakimi)

Aslanov Emin Dilavər oğlu (Şərur Rayon Məhkəməsinin keçmiş hakimi)

Həsənov Nizami Qəməd oğlu (keçmiş vəkil)

Bədəlov Ərziman Şakir oğlu (keçmiş vəkil)

Məcidov Eldar Oqtay oğlu (keçmiş vəkil)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır