Modern.az

Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO

Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO

27 Yanvar 2021, 22:50

Misirin “EgyptAir” milli hava yolları şirkətinin rəhbəri Abu Taləb Tofiq öz kabinetində televiziya aparıcısı Ayya Əbdül Rəhman ilə müsahibə zamanı qəfil vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Middle East Monitor” nəşri məlumat yayıb.  

 

Teleaparıcının sözlərinə görə, şirkət rəhbərinin ölümünə səbəb ürək tutması olub.  

 

“Baş direktor öz kabinetində ondan müsahibə almağımızı xahiş etdi. Onunla Qahirə hava limanındakı iş otağında xeyli söhbət etdikdən sonra qəfil yerə yıxıldı. Bu mənim həyatımda ən çətin müsahibə idi. Həyatın dəyərini bilin, hər an onu itirə bilərsiniz”, - deyə xanım aparıcı bildirib.

 

Qeyd edək ki, 55 yaşlı Abu Taləb Tofiq bir gün öncə “EgyptAir” şirkətinin direktorlar şurasının sədri təyin olunmuşdu.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır