Modern.az

Türkiyə Super Kubokunun qalibi məlum oldu

Türkiyə Super Kubokunun qalibi məlum oldu

28 Yanvar 2021, 00:35

"Trabzonspor" klubu tarixində ikinci dəfə Türkiyə Super Kubokunu qazanıb.

 

Modern.az xəbər verir ki, ötən mövsümü ölkə kubokunun sahibi kimi tamamlamış "bordo-mavililər" çempion "Başakşehir" üzərində qələbə qazanıb - 2:1. İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmanın birinci hissəsində hesab açılmayıb.

 

İlk qolu 47-ci dəqiqədə "Trabzonspor"un futbolçusu Jorje Semedu vurub. Bundan 7 dəqiqə sonra "Başakşehir" Demba Banın dəqiq penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə İstanbul komandası Aleksandr Yepuryanunun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. 85-ci dəqiqədə isə Kaleb Ekuban komandasının say üstünlüyündən yararlanarıb.

 

Görüşün sonluğunda iki komandanın ehtiyat oyunçular skamyasında yer alanlar arasında toqquşma baş verib. Nəticədə "Başakşehir"in direktoru Murat Yaman və "Trabzonspor"un köməkçi-məşqçisi Egemen Korkmaz qırmızı vərəqə alıb. Ara sakitləşdikdən sonra 13 dəqiqəlik uzatma dəqiqələri oynanılıb. Lakin hesab dəyişməyib və "Trabzonspor" sayca 14-cü Superkuboka sahib çıxıb. Baş məşqçi Abdullah Avcı isə karyerasında ilk dəfə titul əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər