Modern.az

Baş həkim işdən çıxdı - FOTO

Baş həkim işdən çıxdı - FOTO

Aktual

28 Yanvar 2021, 00:44

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tutduğu vəzifədən azad olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə "baku.ws"yə baş həkimin özü bildirib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib:

 

“Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi”- Y.Quliyev bildirib.

 

Məlumat üçün bildirək ki, Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür