Modern.az

Kann Film Festivalı yenidən təxirə salındı

Kann Film Festivalı yenidən təxirə salındı

28 Yanvar 2021, 00:51

Beynəlxalq Kann Film Festivalı yenidən təxirə salınıb.

 

Modern.az xəbər verir ki, 2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış Beynəlxalq Kann Film Festivalının vaxtı dəyişdirilib.

 

Festivalın təşkilatçıları Beynəlxalq Kann Film Festivalının cari ildə iyulun 6-dan 17-dək keçiriləcəyinə dair məlumat yayıblar. Beləliklə, film sevərlər Kann Festivalını iyul ayında izləyə biləcəklər.

 

Xatırladaq ki, 2020-ci ildə COVID-19 pandemiyasına görə dünyada ən nüfuzlu festival hesab olunan Kann Film Festivalı ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir