Modern.az

Hər yaşda bir cür vitamin çatışmazlığı var - MARAQLI

Hər yaşda bir cür vitamin çatışmazlığı var - MARAQLI

14 Avqust 2012, 16:55


Türk dietoloqları müxtəlif yaşlarda olan kişi və qadınlar üçün bəzi faydalı məsləhətlər açıqlayıblar. Bu məsləhətlərə əsasən...

...30 yaş ərəfəsində hər iki cins nümayəndələri, hərtərəfli yetərli və tarazlı qidalanmalıdırlar. Ümumiyyətlə, qadınların analığa addım atdığı bu dönəmdə onların sağlam bir hamiləlik keçirməsi üçün folik turşusu dəstəyi böyük önəm daşıyır. Folik turşusunun ən çox olduğu qidalar paxlalılar və yaşıl yarpaqlı tərəvəzlərdir.

30 yaşını ötmüş qadınlar daha çox kalsium itirirlər və osteoporoz əlamətləri (sümüklərdə zəifləmə, ağrı) meydana çıxır. Kalsiumun sorulması və vücud tərəfindən tam olaraq istifadə edilməsi üçün D vitamini və ümumi sağlamlıq qorunmasında vitaminlər əhəmiyyətlidir. Qadınlar 30 yaşdan sonra süd və süd məhsullarını daha çox istehlak etməli, günəş işığından artıqlaması ilə yararlanmalı və gimnastikaya önəm verməlidirlər.

Növbəti 10 illiyə gəldikdə isə qadınlar bu yaşlarda çəkilərinə çox diqqət etməlidirlər. Menopoz dövründə artıq çəkisi olan bir qadının döş xərçəngi riski böyükdür. Bu səbəblə selenium və E vitamini ilə zəngin qidalar olan qoz, badam, Brüssel kələmi, kök və başqa məhsulları müntəzəm olaraq istifadə edilməlidir. Ayrıca yaşlanma və yuxusuzluğun artdığı bu dönəmdə hormonların dəyişikliyə uğraması ilə ruhi balans pozğunluğu, depressiya kimi rahatsızlıqlar ortaya çıxa bilər. Xüsusi ilə B 12 vitamininin istehlakı artırılmalıdır. Ət, süd məhsullarında, balıq, yumurta kimi qidalarda B 12 vitamini zəngindir.

Kişilərdə 40-lı yaşlarda ürək xəstəliklərinə yoluxma riski çox yüksəkdir. Yağlı toxumlar (fındıq, yerfısdığı, badam və qoz), E vitamini, maqnezium və omeqa 3 yağ turşuları sayəsində ürək-damar xəstəliklərinin qarşısının alınması baxımından son dərəcə yararlıdır. Amma bu qidaların həddən çox enerjili olduğu unudulmamalı, gündə bir ovuc həcmində istifadəsi məsləhətə uyğundur.

Dietoloqun məsləhətini etdiyi növbəti yaş həddi 50 yaş və yuxarıdır. Bu yaşlarda kişilərdə prostat xərçəngi, qadınlarda sümük xəstəlikləri tez-tez qarşılaşdığımız tablodur. Bu yaşdakı qadınlar 40 yaş ərəfəsində qəbul etdikləri vitaminlərə davam etməlidirlər, ancaq E vitamini dəstəyini daha da  artırmalıdırlar. E vitamini cildə faydalı olduğu qədər vücudun ürək, sinir, immunitet sistemləri üçün də faydalı bir vitamindir. Bədəndə şiş və kramplar üçün də E vitamini faydalıdır.

T.Salehli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi