Modern.az

Azərbaycandan 202 milyon dollarlıq pomidor ixrac olunub

Azərbaycandan 202 milyon dollarlıq pomidor ixrac olunub

Aktual

28 Yanvar 2021, 12:06

2020-ci ildə Azərbaycandan 202 milyon dollara yaxın pomidor ixracı həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair onlayn formatda mətbuat konfransında qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

 

Y.Abdullayev qeyd edib ki, ötən il ərzində qoyulan 10-15 günlük qadağaya baxmayaraq, pomidor ixracı qeyri-neft sektorunda 11-12 faizə yaxın təşkil edib:


“Bu da böyük göstəricidir. Pomidor ixracında yeni bazarlara yönəlmə bu ildən həyata keçiriləcək. Lakin Rusiya bazarı uzun müddət pomidor ixracında önəmli bazar olaraq qalacaq”.

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır