Modern.az

Şəhid ailələrinə xidmət üçün təlim 

Şəhid ailələrinə xidmət üçün təlim 

28 Yanvar 2021, 14:26

İlk tədbir  yanvarın 27-də "ABŞ-da hərbi sosial iş" mövzusunda online olaraq keçirilib. Tədbirə spiker olaraq ABŞ hava qüvvələrinin 126-cı bölməsinin "Psixoloji sağlamlıq " üzrə direktoru Linda Schuh dəvət olunub. Lakin o, iştirak edə bilməyəciyini bildirib. Nəticədə onu Vaşinqton Universitetində çalışan həmyerlimiz Aytəkin Hüseynli əvəz edib.

Aytəkin Hüseynli Vaşinqton Unversitetinin Braun Sosial İş və İçtimai Səhiyyə fakültəsində doktorantdır. O, hazırda eyni fakültədə statistika, sosial elmlərdə tədqiqat, sosial və iqtisadi inkişaf siyasəti üzrə dərs deyir.

Aytəkin Hüseynli ABŞ-dakı sosial iş, şəhid və qazilər, onların problemləri və s. haqqında geniş və maraqlı təqdimatla çıxış edib. Təlim müddətində, şəhid ailələri və qazilərlə işləyən dövlət qurumlarının sosial işçiləri və özəl təşkilatların bu sahədə çalışan nümayəndələrini və psixoloqları maraqlandıran müxtəlif suallar cavablandırılıb, qarşılıqlı diskussiya aparılıb. 130-a yaxın şəxsin iştirakı ilə keçirilən təlim 3 saata yaxın davam edib. İştirakçılara KİAZ platforması və "Azərbaycanda sosial iş" İB tərəfindən sertifikatlar veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər