Modern.az

Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR

Aktual

28 Yanvar 2021, 13:52

Deputat Ceyhun Məmmədov Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsinə səfər edib. Öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq  dərin ehtiramını bildirib, parkda görülən abadlıq işləri ilə tanış olub və daha sonra “Şəhidlər” Abidə Kompleksini  ziyarət edərək, vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla görüşərək, gələcəkdə Cəbrayıl rayonunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Deputat Biləsuvar rayonu Cəbrayıl qəsəbəsindəki məzarlıqda uyuyan şəhidlərimizin məzarlarını  ziyarət edərək xatirələrinə dərin ehtiramını bildirib, ailə üzvlərinə baş çəkərək onlara səbr diləyib. C.Məmmədov daha sonra Vətən müharibəsi zamanı yaralananların  ailələrinə baş çəkib, sağlamlıqları ilə maraqlanıb.

Deputat Beyləqan və Sabirabad rayonlarına da səfər edib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid hərbi qulluqçuların  məzarlarını ailə üzvləri ilə birlikdə ziyarət edib.  Deputat Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədiyini, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid və qazilərimizin ailələrinə hər zaman diqqət göstəriləcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir