Modern.az

Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...”

Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...”

Aktual

28 Yanvar 2021, 15:11

“Robert Koçaryan dünənki geniş telemüsahibəsində siyasi rəqibi Paşinyanı ittiham edir ki, əgər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 4-də ordunun müharibəyə hazır olmadığını bildirib döyüşləri dayandırmaq istəyirdisə, niyə qulaq asmamısan?

Əvvəla müharibəni dayandırmaq bir tərəfin arzusu ilə olmur. Kim bunu xahiş edirsə, rəqibin şərtlərini də yerinə yetirməlidir”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ermənistanın eks-prezidenti Robert Koçaryanın telemüsahibəsini şərh edərkən bildirib.


Səfirin sözlərinə görə, əslində müharibəni nəinki oktyabrın 4-də, sentyabrın 27-də də dayandırmaq olardı. Hətta yerli-dibli başlamamaq da olardı.


“Bunun üçün sadəcə ermənilərin unitazlarını da götürərək işğal etdikləri Azərbaycan ərazilərindən rədd olması kifayət idi.


Amma o vaxt bütün Ermənistan Koçaryan-Sarkisyan cütlüyünün yetişdirdiyi erməni ordusunun Bakıya qədər gələcəyi xülyası ilə yaşayırdı. Əgər Paşinyan Baş Qərargahın rəyinə qulaq assaydı, o zaman da yazığı Böyük Ermənistan ideyasının qəbirqazanı kimi lənətləyəcəkdilər... Koçaryan hər vəchlə sübut etməyə çalışır ki, uğradıqları biabırçı məğlubiyyət son 30 ildəki işğalçı siyasətin deyil, son 2 ildəki səriştəsiz idarəçiliyin nəticəsidir.


Müharibəni tək erməni ordusu deyil, daha böyük çapda Qarabağ klanı uduzub. Bütün vədlərinə baxmayaraq, İrəvan erməniləri bu klanın liderlərini yaranmış situasiyada hətta xilaskar kimi də görmək istəmir. Digər tərəfdən, əgər Koçaryan-Sarkisyan cütlüyü küçəyə yüz min nəfər çıxara bilsəydi, Paşinyanı çoxdan tarixin zibilliyinə atardı...”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi