Modern.az

Navalnının qardaşı da həbs olundu

Navalnının qardaşı da həbs olundu

28 Yanvar 2021, 15:34

Rusiya müxalifətinin lideri, Kremlin tənqidçisi Aleksey Navalnının yaxın qohumu və həmkarı sanitar-epidemioloji qaydaların pozulması ittihamıyla 48 saatlığa saxlanıb. Bu gün – yanvarın 28-də məhkəmə müxalifətçinin öz həbsindən apelyasiya şikayətinə də baxılıb.

Modern.az xəbər verir ki, rusiyalı siyasətçinin qardaşı Oleq Navalnı və Antikorrupsiya Fondunun (AKF) hüquqşünası Lyubov Sobol da saxlanılıblar. Məhkəmə onlar barəsində qətimkan tədbiri seçənədək təcridxanada qalacaqlar. Bu haqda fondun direktoru İvan Jdanov və Navalnının həmkarı Leonid Volkov məlumat yayıblar

Oleq Navalnı yanvarın 27-də qardaşının Moskvadakı mənzilinin qapısını polisə açmayıb və saxlanıb. Polis qapını sındıraraq mənzilə daxil olub.

Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdan kimi həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun Noviçok sinir qazyıla zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı