Modern.az

Darxan Kıdırəli Qırğızıstanın yeni prezidentinin andiçməsində...

Darxan Kıdırəli Qırğızıstanın yeni prezidentinin andiçməsində...

Aktual

28 Yanvar 2021, 17:02

Bu gün Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sadır Japarovun andiçmə mərasiminə qatılıb.


Modern.az xəbər verir ki, mərasimdə Qırğızıstan Jokorqu Keneşinin (Parlamentinin) üzvləri, tanınmış dövlət xadimləri, xarici qonaqlar, diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sadır Japarov and içərək, rəsmi şəkildə Prezident vəzifəsinə başlayıb.

Qeyd edək ki, 10 yanvar tarixində Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə formasının təyin olunması üçün referendum keçirilmişdi. Seçkinin rəsmi nəticələrinə görə, Sadır Japarov seçicilərin 72,20% səsini qazanaraq ölkənin növbəti prezidenti seçilib.

Seçicilər həm də ölkədə idarəetmə formasının dəyişməsinə və prezident üsul-idarəsinə səs veriblər.

 ***

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb və rəsmi andiçmə mərasimi münasibətilə təbriklərini çatdırıb.

Akademiya rəhbəri təşkilatın Qırğızıstanla bağlı fəaliyyəti və gələcək planları barədə məlumat verib.

BTA prezidenti həmçinin Qırğızıstan Prezidentinin andiçmə mərasiminə qatılan beynəlxalq təşkilatların rəhbərləri ilə xüsusi görüşündə də iştirak edib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır