Modern.az

Builki imtahanların vaxtı AÇIQLANDI

Builki imtahanların vaxtı AÇIQLANDI

Təhsil

29 Yanvar 2021, 11:19

Dövlət İmtahan Mərkəzi bu il keçiriləcək qəbul imtahanlarının keçirilmə tarixlərini, tətbiq olunacaq qaydaları və dəyişiklikləri açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.


"Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçən ilin nəticəsi ilə ikinci mərhələdə iştirak edə bilərlər".


O, bildirib ki, magistraturaya qəbul üçün namizədlərə iki dəfə şans veriləcək: "İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək".


2021-ci ilin fevral-sentyabr aylarında keçirilməsi nəzərdə tutulan imtahanların siyahısının Dövlət İmtahan Mərkəzinin saytında dərc olunduğunu bildirən Məleykə Abbaszadə hələlik fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların konkret tarixlərinin göstərildiyini bildirib.


"Digər aylarda isə hansı imtahanların keçirilməsi planlaşdırılır - onları qeyd etmişik. Çalışacağıq ki, 1 ay öncədən növbəti ay üçün nəzərdə tutulan imtahanların tarixlərini elan edək",- o əlavə edib.


DİM sədri həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsinin nəzərdə tutulduğunu deyib.


O vurğulayıb ki, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin də 2 dəfə keçirilməsi planlaşdırılır.


Lakin o sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planının dəyişə biləcəyini ehtimalını da diqqətə çatdırıb.


DİM sədri ötən il olduğu kimi, bu il də imtahan binalarının dezinfeksiya olunacağını deyib.


"Binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək", - o vurğulayıb.


COVID-19 infeksiyasına görə imtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunub-olunmayacağına aydınlıq gətirən DİM sədri bildirb ki, "hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb.


"Biz yalnız bu bəyannaməyə baxırıq. Eyni zamanda hərarəti olanlar da imtahana buraxılmır".


İkinci Qarabağ Müharibəsi tədrisə salınıb

DİM sədri bu il tarix fənni üzrə qəbul imtahanı proqramına İkinci Qarabağ Müharibəsinə aid mövzuların daxil ediləcəyini bildirib.


"Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də biz Vətən müharibəsinə aid mövzuları "Abituriyent" 1 jurnalında, həmin mövzulara aid məqalələri isə "Abituriyent" 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək".


"Çətin olan mövzular proqramlardan çıxarılıb"

"COVID-19 pandemiyasının 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaratdığını açıqlayan Məleykə Abbaszadə bildirib ki, "çətin olan mövzular proqramlardan çıxarılıb".


"İmtahan nəticələrinin təhlilini aparmışıq. Müqayisədə gördük ki, 2019 və 2020-ci illərin nəticələrində elə fərq yoxdur".


DİM sədri deyib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib.


"Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb. Məlum olduğu kimi, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11-ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur".


Məleykə Abbaszadənin sözlərinə görə, beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə tədris olunur.


"Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki proqram əsasında mövzu barədə müəyyən hazırlığa malik olur",- o deyib.

 

Builki imtahanların qarfik və tarixləri aşağıdakı kimidir:

İmtahanın adı

Keçirilmə tarixi

GRE

01/22.02.2021

Prokurorluq orqanlarına qulluğa qəbul üçün test imtahanı

05.02.2021

TOEFL İBT

06/10/20/27.02.2021

Ədliyyə orqanlarına qulluğa qəbul üçün test imtahanı

13.02.2021

1. Doktoranturaya xarici dil üzrə qəbul imtahanı

2. Fəlsəfə doktoru təhsili alanlar üçün xarici dil imtahanı

14.02.2021

Fəlsəfə doktoru təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili imtahanı

15.02.2021

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının verilməsi üçün imtahan

18.02.2021

Dövlət qulluğuna qəbul imtahanının test mərhələsi

19.02.2021

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı

21.02.2021

Magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans)

28.02.2021

GRE

01/26.03.2021

Vəkillik fəaliyyəti ilə bağlı test imtahanı

05.03.2021

1. Peşə liseylərinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı

2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

07.03.2021

TOEFL İBT

10/13/27.03.2021

SAT

13.03.2021

Vergi orqanlarına qəbul üçün test imtahanı

13.03.2021

Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində təhsil almaq istəyən şagirdlər üçün qəbul imtahanı

14.03.2021

2021-ci il aprel-sentyabr aylarında keçirilməsi planlaşdırılan imtahanlar

 

1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları;

2. Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ);

3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi.

 Aprel ayı ərzində

GRE

 02.04.2021

1. Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans);

2. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans);

3. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

4. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans)

 May ayı ərzində

GRE

 03.05.2021

SAT

08.05.2021

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı

May-iyun ayları ərzində

1. Əvvəlki il məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı

2. Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans)

3. Tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans)

4. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

 İyun ayı ərzində

GRE

 04.06.2021

SAT

 05.06.2021

1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

2. Ali məktəblərə qəbul imtahanı (2-ci şans)

İyul ayı ərzində

1. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

2. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 2-ci şans)

 Avqust ayı ərzində

1. Buraxılış imtahanı (payız, təkrar)

2. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi

3. Rezidenturaya qəbul imtahanı (2-ci mərhələ)

 Sentyabr ayı ərzində

ACCA

(İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası)

 Hər həftənin II günləri (10:00–13:30) və IV günləri (10:00-18:00)

PTE Academic

 Hər həftənin II günləri (14:00-17:00)

Pearson VUE-nun ixtisaslaşma imtahanları

  Hər həftənin I günləri (08:30–13:30, günorta növbəsi: 14:00-17:00)

ТРКИ

Rus dili xarici dil kimi testi

 Hər həftənin V günləri (11:00-17:00), eləcə də onlayn qaydada hər həftənin VI günləri (11:00-17:00)

ICDL

Beynəlxalq Kompüter İşlətmə Lisenziyası

 Hər həftənin III günləri (09:00–17:00)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu