Modern.az

Operativ Qərargah kütləvi imtahanlara icazə verməyəcək? - AÇIQLAMA

Operativ Qərargah kütləvi imtahanlara icazə verməyəcək? - AÇIQLAMA

29 Yanvar 2021, 11:24

Ən kütləvi imtahanlar aprel- sentyabr aylarında olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin bu gün keçirilən mətbuat konfransında DİM sədri Məleykə Abbaszadə deyib.

 

O, qeyd edib ki, aprel ayında buraxılış imtahanları keçiriləcək:

 

“İmtahanlara bir ay qalmış dəqiq tarixlər elan ediləcək. Hələ ki, vaxt var.

 

Ola bilər, kütləvi imtahanların keçirilməsinə Operativ Qərargah tərəfindən icazə verilməsin. Bu zaman imtahanlar növbəti ayda – may ayında keçiriləcək”.


Məleykə Abbaszadə deyib ki, 2020-ci ildə keçirilən imtahanlarda Operativ Qərargahın bütün tələblərinə əməl olunub.


Ötənilki mtahanlarda 400 minə yaxın insan iştirak edib:


“Keçən ilki imtahan prosesində 7 milyona yaxın insan elektron sistemimizdən istifadə edib”.


Pandemiyanın təkcə Azərbaycanda deyil, bütün dünyada təhsilə böyük ziyan vurduğunu qeyd edən Məleykə Abbaszadə bu il keçirilən imtahanlarda da qaydaların tətbiq ediləcəyini söyləyib:

“Ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi